“Azərbaycanın “ASAN xidmət” modelinin Şarm əş-Şeyxdə tətbiqini planlaşdırırıq”
Tarix: 14.11.2017 | Saat: 18:14:00 | E-mail | Çapa göndər


Noyabrın 14-də Bakıda Misirin Cənubi Sina yarmadasının qubernatoru, Şarm-əş-Şeyx şəhərinin meri Xalid Sudanın rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı ilə turizmə həsr edilmiş mətbuat konfransı keçirilib.
“Hilton Baku” otelində reallaşan konfransda Misirin Azərbaycandakı səfiri xanım Suzan Cəmil əvvəlcə iki ölkə arasındakı əlaqələrdən söz açıb.
Bildirib ki, hər iki ölkənin bütün sahələrdəki əməkdaşlığı daha da inkişaf etdirilməldir: “Bu gün Azərbaycana Misirdən nümayəndə heyəti təşrif buyurub. Nümayəndə heyəti hər iki ölkə arasında turizm sahəsinin daha da inkişaf etdirilməsi məqsədilə Bakıdadır. Bu səfər, eyni zamanda hər iki ölkəyə qarışlıqlı turist axınını sürətləndirmək məqsədi daşıyır. Ümid edirəm ki, bu səfər çox uğurlu olacaq, qarşıya qoyulan bütün məqsədlər lazimi şəkildə həllini tapacaq. Ölkələrimiz arasında bütün əlaqələrin inkişafı üçün lazımı addımlar atılır və bundan sonra da atılacaq”.
Ölkələrimiz arasında turizm sahəsindəki əməkdaşlıqdan danışan Misirin Şarm əş-Şeyx şəhərinin meri Xalid Sudan bildirib ki, Qəbələ və Şarm əş-Şeyx şəhərləri arasında qardaşlaşma memorandumu imzalanıb. Qeyd edilib ki, həmçinin, səfər hər iki şəhər arasındakı əlaqələri möhkəmləndirməsi məqsədi daşıyır.
“Bu mənim Bakıya ikinci səfərimdir. Misir ilə Azərbaycan arasındakı əlaqələrin bütün sahələr üzrə inkişafına çalışırıq. Bu səfərə çox böyük əhəmiyyət veririk. Dünən Azərbaycan Turizm Assosiasiyasının rəhbəri ilə görüşdük. Turizm sahəsində olan problemləri müzakirə etdik. Həmçinin birbaşa reys məsələsindən danışdıq. Çalışacağıq ki, bu istiqamətdə irəliləyişlərə nail olaq. Bu gün “ASAN xidmət” mərkəzində də olduq. Bu, olduqca nümunəvi addımdır. Azərbaycanın “ASAN xidmət” modelinin Şarm əş-Şeyxdə tətbiqini planlaşdırırıq. Planımız uğurlu reallaşarsa digər şəhərlərimizdə də bunun tətbiqini nəzərdə saxlayacağıq. Biz istəyirik ki, Bakı və Şarm-əş-Şeyx şəhərləri asında birbaşa uçuşlar reallaşsın. Birbaşa reyslərlə bağlı AZAL rəhbərliyi ilə də görüşəcəyik. Həmçinin Xarici İşlər, Mədəniyyət və Turizm nazirliklərində görüşlərimiz olacaq. Bütün hallarda Azərbaycanla Misir arasında əlaqələrin inkişafına çalışacağıq. Məqsədimiz hər iki ölkəyə qarşılıqlı turist axınını sürətləndirməkdir”, - deyə X. Sudan söyləyib.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.03.2019
Tovuzda şəhid ailələrinə bayram sovqatı paylanıb
19.03.2019
Məcburi köçkün qəsəbələrində Novruz şənlikləri keçirilib
19.03.2019
Qaradağda bayram münasibəti ilə aztəminatlı ailələrə yardım edilib
18.03.2019
Müharibə əlilləri və onlara bərabər tutulanlar üçün bu il əlavə 400-dən çox avtomobil alınıb veriləcək
18.03.2019
Övladlığagötürmə ilə bağlı yeni Qaydaların layihəsi hazırlanır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10701

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 Fərdi yaşayış evlərinin sənədləşdirilməsi ilə bağlı konsepsiya hazırlanır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info