“Gənc yazarlarımız dövlətin qayğısını hər zaman hiss edirlər”
Tarix: 14.05.2013 | Saat: 23:41:00 | E-mail | Çapa göndər


Ölkəmizdə istedadlı gənclərimizin sayı getdikcə artmaqdadır. Dövlətimizin apardığı gənclər siyasəti belə gənclərə öz istedadlarını daha da təkmilləşdirməyə, sağlam istiqamətdə inkişaf etməyə imkan verir. İstedadlı gənclərimiz yaradıcılığın, elmin bütün sahələrində aparıcı rol oynamağa başlayıb. Eyni inkişaf ədəbiyyat və publisistika sahəsində də duyulmaqdadır. Bu sahədə də yeni istedadlı gənclər yetişir. Müsahibimiz istedadlı gənclərdən biri olan Rüfət Soltandır.

- Rüfət, zəhmət olmasa, oxucularımıza özün haqqında məlumat verərdin.
- Hazırda Sumqayıt Dövlət Universitetinin IV kurs tələbəsiyəm. İki ildən çoxdur bədii-publisistikayla məşğulam. Bir neçə qəzet və internet portalında, bədii jurnallarda yazılarım, məqalə və köşə yazılarım yer alıb. İctimai qınaqları bildirməyi və etik tənqidi sevirəm.
- Necə oldu ki, ədəbiyyata marağın artdı?
- Ədəbiyyata marağım yox idi, hətta açığı desəm, elmi kitab oxumağı daha üstün tuturdum. Sadəcə gənclik sevdasına qovuşduqdan sonra yazmağı qərara aldım. Bu qədər sadə.
- Bu sahəyə səndə marağı kim oyatdı? Ailənizdə ədəbiyyat sahəsində fəaliyyət göstərən varmı?
- Yox, ailəmdə və hətta deyərdim ki, yaxın qohum-əqrəbada belə, ədəbiyyatçı, qələm adamı yoxdur. Yaxın keçmişdə də olmayıb. Uşaqlıqda ətrafımda şahid olduğum hadisələr üzərində fantaziya qurmağı çox sevirdim. Yəqin ki, elə maraq da buradan yaranıb.
- Ən çox hansı mövzuda yazmağı xoşlayırsan?
- Daha çox məhəbbət mövzusunda yazıram, sonrakı mövzu sosial həyatdakı problemlər, ictimai qınaqlarla bağlıdır. Yazılarımda da bunu görmək olar.
- İndiyə kimi hansı planlarını həyata keçirə bilibsən?
- Mənim planlarım heç zaman strateji məqsəd daşımayıb, əsasən cari vəziyyətimin planını cızmağı xoşlayıram, görünür, gücüm elə buna çatır. Ən yaxşı planlarım universitetdə olub. Bu planlar dəyərli jurnalist və nasirlik fəaliyyəti ilə bağlıdır. Çox şükür, gənc yaşımda başlanğıc üçün nələrəsə nail olmuşam. İki ay öncə ilk kitabım çap olunub. Almanax və antologiyalarda hekayələrim çıxıb, qəzetlərlə əməkdaşlıq edirəm, köşə yazarı-xüsusi müxbir kimi fəaliyyət göstərirəm. Düşünürəm ki, bunlar gələcək planlarımın başlanğıc hissəsidir.
- Bədii yaradıcılığı necə görürsən-peşə ya hobbi?
- Hobbi kimi deməzdim, bu, mənim şəxsi fəaliyyətimin bir hissəsidir. Zamanımın bir parçasını yaradıcılığıma ayırmışam. Demək olar ki, hər gün öz üzərimdə işləyirəm. Yazarlığın gələcəkdə mənim ikinci deyil, iki peşəmdən biri olacağına inanıram.
- Hazırda gənc yazarlarımızın fəaliyyəti səni qane edirmi?
- Gənc yazarlarımız az deyil, onlar dövlətin qayğısını hər zaman hiss edirlər. Bununla bərabər, aralarında tanıdığım istedadlı yazarlar da çoxdur. Azərbaycan ədəbiyyatı inkişaf edir...
- Gələcək planların...
- İlk öncə yaradıcılığımla bağlı planlarım var. Gələcəkdə yazıçı kimi xalqıma, dövlətimə daha çox xidmət edə biləcəyimə inanıram. Öz gücümü bu peşədə tapdım və planlarımı da bunun üzərində qurmaq daha rahat və etibarlıdır deyə düşünürəm.

Söhrab İSMAYIL




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
“Strateji Menecment Məktəbi” layihəsinin təlimləri başa çatıb
15.02.2019
Neftçalakı günərzi qayğı mərkəzində uşaqlara reabilitasiya yönümlü sosial xidmətlər göstərilir
15.02.2019
Aldığınız məhsulu barkod ilə necə yoxlaya bilərsiz?
15.02.2019
Gədəbəy Rayon İcra Hakimiyyəti öz “asan xidmət”ini yaratdı
14.02.2019
Binəqədi RİH yanında İctimai Şura Uşaq Gənclər İnkişaf Mərkəzində tədbir keçirib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 Bakıda yeni otel istifadəyə verilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info