“Onlar hansı mandatla “milli şura” yaradırlar?”
Tarix: 14.05.2013 | Saat: 23:45:00 | E-mail | Çapa göndər


Rəsul Quliyev öz bloqunda müxalifət düşərgəsindəki proseslərə münasibət bildirməkdə davam edir. Sonuncu yazısında Rəsul Quliyev bir tərəfdən hökuməti haqsız yerə tənqid edib, digər bir tərəfdən isə Azərbaycan xalqının böyük əksəriyyətinin hakimiyyəti dəstəklədiyini etiraf edib. Başqa bir diqqətçəkən məqam ondan ibarətdir ki, burada o həm də Azərbaycanda iqtisadi vəziyyətin 2011-ci ilə nisbətən daha sabit və inkişafda olduğunu qeyd edir: “İnsanların yaşamaq şəraiti məsələn, 2005-ci ilə nisbətən daha da ağırlaşıb deyə bilmərik. Çünki, əksinə, maddi cəhətdən şərait bir qədər yaxşılaşıb və 2011-ci ildən stabilləşib”.
Rüstəm İbrahimbəyovun “milli şura”ya rəhbərlik məsələsinə də münasibət bildirən Rəsul Quliyev onu çox uğursuz şəkildə Çörçillə müqayisə edib. Deyəsən, Rəsul Quliyev müqayisəni apararkən bir məqamı unudub. Rüstəm İbrahimbəyov ermənipərəst mövqedən çıxış edir, Azərbaycanda mövcud ictimai-siyasi sabitliyin pozulmasında maraqlı olan qüvvələrlə əməkdaşlıq edib, amma Çörçill yox. Çörçill uzun illər İngiltərədə yaşayıb, öz ölkəsinin durumuna dərindən bələd olub, R. İbrahimbəyov isə xaricdə yaşayıb, dövlətimizin ona verdiyi imtiyazlardan istifadə edib, indi də hansısa qüvvələrin təhriki ilə siyasəti kino hesab edib, siyasətçi olmaq istəyir.
Əlbəttə, Rəsul Quliyevin Rüstəm İbrahimbəyova olan sevgisi təəccüblü deyil. Çünki Rəsul Quliyev də Əkrəm Əylisli, Leyla Yunus, Rüstəm İbrahimbəyov kimi ermənipərəst mövqedən çıxış edib.
Rəsul Quliyev “milli şura”nın və ya digər bir təşkilatın şəxsi və ya partiya maraqları prinsipi əsasında yaradılacağı təqdirdə onlara üzv olmayacağını bildirib və ona əvvəlcədən müyyən olunmuş şəxslərin daxil olacağını vurğulayıb. Eyni zamanda radikal müxalifətin belə bir qurumu yaratmaq ixtiyarı olmadığını, bununla bərabər, onu qurmaq istəyənlərin bütün xalqı əhatə edəcək hansısa bir qurum təsis etmək iqtidarında olmadığını deyib: “Qəzetlərin yazdıqlarından belə məlum olur ki, Milli Şuranı 3 şəxs, 3 siyasi qüvvə formalaşdırır. Onlar hansı mandatla xalqın iradəsini ifadə etməli olan “milli şura” yaradırlar? “Milli şura” ayrı-ayrı fərdlərin seçimi ilə yox, müəyyən bir prinsiplə yaradıla bilər”. Eyni zamanda “milli şura”ya üzvlük məsələsinin şərtlərinə də inamsız yanaşıb: “Məsələn, “milli şura” üzvü görkəmli alim və ya görkəmli ziyalı ola bilər” prinsipi əsas götürülür. Kimin görkəmli alim və ya ziyalı olması necə müəyyənləşdirilir, böyük sualdır. Və yaxud xalqın arasında hörməti olanlar. Əlbəttə, bunlar hamısı abstrakt şeylərdir. Mən əminəm ki, həmin o “milli şura”da əksəriyyət üzvlər İP və “el” hərəkatından olacaq. Belə olan şəraitdə bu məsələyə ideya müəllifi necə baxacaq, demək çətindir”.
Xalqın təkrar-təkrar yenidən hər dəfə ölkə Prezidentini dəstəklədiyini, ona inandığını dönə-dönə etiraf edən Rəsul Quliyevin özünün də qeyd etdiyi kimi ümidi 2014-cü ilə qalıb. Guya 2014-cü ildə ölkəmizdə vəziyyət pisləşəcək, inqilab olacaq və radikal müxalifət hakimiyyətə gələcək. Əlbəttə, bu onun özünün radikal müxalifətdəki dostları kimi necə cılız siyasi düşüncəyə malik olduğunu sübut edir. Çünki bu insanlar hakimiyyətə gəlməyin yolunu yalnız inqilabda görürlər. Bunları xalqın taleyi düşündürmür. Yalnız “Millət necə tarac olur olsun nə işim var? Düşmənlərə möhtac olur olsun nə işim var?” prinsipi ilə fəaliyyət göstərirlər.
Söhrab İSMAYIL




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
ABŞ səfiri Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti mümkün görüşünü alqışlayır
19.04.2019
PA rəsmisi: “Erməni saxtakarlığı nasizmin bir qoludur, Ermənistanda nasizm qalib gəlib”
19.04.2019
Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi ABŞ-Azərbaycan Ticarət Palatasının üzvləri ilə görüşüb
19.04.2019
AXCP böhtanlara görə ReAl-dan niyə üzr istəmədi?
19.04.2019
Deputat: “Bu fərman məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanacağına böyük ümid yaradır”

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
4 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info