“The Hill”: “BTQ ilə yükdaşıma aviadaşımalardan iki dəfədən çox ucuz başa gəlir”
Tarix: 14.11.2017 | Saat: 23:20:00 | E-mail | Çapa göndər


“E rməni lobbisinin məntiqinə görə, layihə yoxsullaşmış Ermənistanın təcrid olunmasının müddətini uzadacaq, ona ağır iqtisadi ziyan vuracaq”
ABŞ-da çıxan “The Hill” qəzetində amerikalı siyasi şərhçi, “Dağlarda qətl: Xocalıda hərbi cinayət və Dağlıq Qarabağ münaqişəsi” və “Erməni lobbisi” kitablarının müəllifi Raul Loueri Kontrerasın Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun əhəmiyyəti barədə məqaləsi dərc olunub. Müəllif yazır ki, Bakıda Şərq ilə Qərb arasında dəmir yolu xəttinin açılışı mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak ediblər. O qeyd edir ki, BTQ-nin tikintisində ABŞ-ın maliyyə dəstəyinin olmadığına baxmayaraq, Birləşmiş Ştatlar bir neçə səbəbə görə layihənin reallaşmasının başlanmasına sevinməlidir. Əvvələn, bu layihə Çindən və digər Şərq ölkələrindən Avropaya malların daşınması üçün alternativ yaradır, bununla da Şərq ölkələrinin və Avropa qitəsinin bir tranzit marşrutundan asılılığını aradan qaldırır. İkincisi, BTQ “Cənub Qaz Dəhlizi” ilə təbii qaz nəqlinə əlavə olaraq, bəzi neft-kimya məhsullarının dəmir yolu ilə daşınmasına şərait yaradır. Üçüncüsü, yeni dəmir yolu Asiyadan və Asiyaya dəniz yolu ilə baha başa gələn daşımaları aradan qaldırır. BTQ ilə yükdaşımaları aviadaşımalardan iki dəfədən çox ucuz başa gəlir. R.Kontreras diqqətə çatdırır ki, erməni lobbisinin Vaşinqtondakı konqresmenlərə təzyiqi altında ABŞ-ın layihəyə yardım göstərməsinin qarşısı alınıb. Erməni lobbisinin məntiqinə görə, layihə yoxsullaşmış Ermənistanın təcrid olunmasının müddətini uzadacaq, ona ağır iqtisadi ziyan vuracaq. Bu layihə “pulların havaya sovrulması” deməkdir, çünki sovet dövründən Ermənistanda mövcud olan dəmir yolu xətləri Azərbaycan ilə Türkiyə arasında tranzit üçün istifadə edilə bilər. Ekspert vurğulayır ki, 1992-ci ildə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ regionunu və ətraf yeddi rayonunu işğal edəndən sonra Azərbaycan Ermənistanın dəmir yolundan istifadə etmək imkanından məhrum olub. Sonra məqalədə BTQ üzrə sərnişin və yükdaşımalarının mümkün həcmləri barədə statistik informasiya gətirilir. BTQ layihəsinin həyata keçirilməsinin iqtisadi faydası və əldə olunacaq tərəqqi nəticəsində Azərbaycan, Gürcüstan və Türkiyənin, habelə regionun hüdudlarından kənarda yaşayan milyonlarla insanın həyatı yaxşılaşacaq.
Fuad




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Azərbaycan-Rusiya dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın 6-ci iclası keçirilib
15.11.2018
Dövlət Komitəsinin nümayəndə heyətinin Kaliforniyada görüşləri davam edir
15.11.2018
Büdcə müzakirələri başa çatdı: hökumətə noyabrın 23-dək vaxt verildi
15.11.2018
Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
15.11.2018
Polşadakı ermənilərdən təxribat: Azərbaycan diaspor təşkilatı hərəkətə keçdi

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info