Yeni islahatların həyata keçirilməsi zamanı ictimaiyyətin rəyi nəzərə alınır
Tarix: 15.11.2017 | Saat: 00:16:00 | E-mail | Çapa göndər


Abşeron iqtisadi rayonunun şirkətləri “Azexport.az” portalı vasitəsilə qeyri-neft sektoru məhsullarına sifarişlər alırlar
Sumqayıt Tarix Muzeyinin akt zalında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) təşəbbüsü ilə “Azərbaycanda iqtisadi islahatlar: nailiyyətlər və perspektivlər” mövzusunda növbəti regional ictimai müzakirə keçirilib. Müzakirə zamanı İİTKM-nin icraçı direktoru Vüsal Qasımlı, Prezident Administrasiyasının sektor müdiri Elxan Mikayılov və Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Faiq Kərimov çıxış ediblər. Bildirilib ki, Abşeron iqtisadi rayonunun ölkədə aparılan iqtisadi islahatların fonunda əhəmiyyətli inkişafı nəzərə çarpır. Sumqayıtın sənaye potensialı ölkənin qeyri-neft ixracının artımı və iş yerlərinin yaradılması baxımından əhəmiyyətlidir. Xüsusilə, Kimya Sənaye Parkında polimer, iri diametrli polietilen boru, polad boru və şüşə lövhələrin istehsalı təkcə qeyri-neft sənayesi üçün deyil, bütövlükdə iqtisadiyyatın şaxələndirilməsi və dayanıqlı inkişafına xidmət edir. Sumqayıt Texnologiyalar Parkı ölkədə iqtisadi modernizasiya siyasətinin parlaq nümunəsidir. Abşeron iqtisadi rayonu həm də turizm və kənd təsərrüfatının inkişafı üçün potensiala malikdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi islahatlar Abşeron iqtisadi rayonunda sahibkarlığın inkişafı üçün münbit şərait yaradıb. Təsadüfi deyil ki, bu bölgənin şirkətləri “Azexport.az” portalı vasitəsilə qeyri-neft sektoru məhsullarına sifarişlər alırlar. İctimai müzakirələr zamanı İİTKM-nin departament rəhbəri Ayaz Çaparlı və İqtisadiyyat Nazirliyinin sektor müdiri Fariz Əhmədov iqtisadi islahatlar barədə təqdimatlar ediblər. Çıxışlar yekunlaşdıqdan sonra sahibkarları, bələdiyyə və ictimaiyyət nümayəndələrini maraqlandıran suallara cavablar verilib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı müzakirələrə yekun vuraraq bildirib ki, Abşeron iqtisadi rayonunun sənaye, turizm, nəqliyyat və aqrar sahədəki potensialının daha səmərəli istifadəsi üçün həyata keçirilən iqtisadi islahatlar geniş imkanlar açır. Bu baxımdan ictimai məlumatlılığın və iştirakçılığın təmin edilməsi islahatların faydalarını daha yaxşı mənimsəməyə imkan verir. Eyni zamanda, region ictimaiyyətinin rəyi yeni islahatların həyata keçirilməsi zamanı nəzərə alınır. Tədbirdə Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Departamentinin rəhbəri Abbas İsmayılov və Kənd Təsərrüfatı Nazirliyinin regional nümayəndələri də iştirak edib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi indiyədək Ağdam, Şəki, Quba, İsmayıllı və Gəncədə də ictimaiyyət nümayəndələri ilə birlikdə belə müzakirələr təşkil edib.
Anar




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək
20.09.2018
600-dən çox adam sahilyanı ərazini 5 ton tullantıdan təmizlədi
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info