Rusiya qanununa görə əcnəbi media “xarici agent“dir
Tarix: 15.11.2017 | Saat: 17:02:00 | E-mail | Çapa göndər


Rusiya Dövlət Duması əcnəbi medianın "xarici agent" kimi tanınmasına icazə verən qanuna düzəlişləri qəbul edib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu gün Dövlət Dumasının keçirilən iclasında qanuna düzəlişlər ikinci oxunuşda qəbul olunub. Qanun layihəsinin lehinə 411 deputat səs verib.
Yeni qanun layihəsinə görə, xaricdən maliyyələşən əcnəbi KİV Rusiyada "xarici agent" kimi tanına bilər. Düzəlişlər Rusiyada qadağan olunmuş saytların məhkəmə qərarı olmadan bloklanmasına dair qanun layihəsinə də şamil olunacaq. 
Qanun layihəsinin müəllifləri Dumanın spikeri Vyaçeslav Volodin, Dumanın dörd fraksiyasının liderləri və parlamentin bir sıra komitə sədrləridir. Qanun layihəsində konkret nəşrlərdən və ya telekanallardan söhbət getmir. Əcnəbi KİV-in "xarici agent" kimi tanınması haqqında qərarı Rusiya Ədliyyə Nazirliyi qəbul edəcək. 
Dumanın vitse-spikeri Pyotr Tolstoy səsvermədən öncə bu düzəlişlərin ABŞ-ın "Rossia Today" kanalının "xarici agent" kimi qeydiyyata alınması tələbinə cavab tədbiri olduğunu xatırladıb. Onun fikrincə, yeni qanun layihəsi söz azadlığına heç bir təsir göstərməyəcək. 
Qanun layihəsinə Rusiya Federasiya Şurasında baxılacaq. 




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info