Gürcüstanda qədim üzüm şərabının izləri tapılıb
Tarix: 15.11.2017 | Saat: 17:32:00 | E-mail | Çapa göndər


Beynəlxalq Arxeoloqlar qrupu Gürcüstanın Marneuli rayonu ərazisində apardıqları təhqiqatlar zamanı 8000 il əvvələ aid gildən hazırlanmış keramik qabda üzüm şərabının izlərini tapıblar.
AZƏRTAC xəbər verir ki, arxeoloji tapıntılar barədə “Proceedings of the National Academy of Sciences” (PNAS) jurnalında məqalə dərc olunub. Məqalədə deyilir ki, bu tapıntıya qədər ən qədim üzüm şərabının 7000 il bundan əvvəl İranın şimal-qərb bölgəsində yabanı üzümdən hazırlandığı hesab olunurdu. Alimlər hesab edirlər ki, 8000 illik tarixi olan bu qalıqlar qədim üzümçülüyün məhz bu ərazilərdə olduğunu sübut edir.
Toronto Universitetinin böyük elmi işçisi, jurnaldakı məqalənin həmmüəllifi, professor Stiven Batyuk deyib ki, gildən hazırlanmış küplər Tbilisi şəhərində 50 kilometr cənubda Neolit dövrünə aid Qadaçrili Qora və Şulaveris Qora (Şulaver kəndi hazırda azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonu ərazisindədir) kəndləri ərazisində tapılıb.
Gürcüstan Milli Muzeyinin direktoru, arxeoloji təhqiqat qrupunun üzvü David Lordkipanidze bildirib ki, Gürcüstan ərazisində kvevri adlanan küplərdən şərabçılıqda indi də istifadə olunur.
S.Batyuk deyib ki, bu günə qədər üzümçülüklə bağlı tapıntılar İranın Zaqros dağlarının ətəyində aşkarlanıb.
Ən qədim şərabın bizim eradan 7000 il əvvəl Çində düyü, bal və meyvələrdən hazırlandığı məlumdur.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Ermənilər ayağa qalxdı: Sərkisyan bundan daha yaxşı idi
22.02.2019
Yerevanda taksi sürücüləri aksiya keçirib
22.02.2019
Moldova dövlət başçısına sui-qəsd təşkil ediləcək
22.02.2019
Ermənistanda intihara cəhd halları 20 faiz artıb
22.02.2019
Peskov: “KTMT-yə üzv dövlətlər arasında müəyyən fikir ayrılıqları var”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info