Arbak Xaçatryan: «Ermənistanda soyqırım və Qarabağ problemi insanları kölə vəziyyətində saxlamaq üçün istifadə olunur»
Tarix: 15.11.2017 | Saat: 18:56:00 | E-mail | Çapa göndər


“Erməni xalqı acından günorta durur”

Son günlər Ermənistanda yaşananlar, deyəsən, artıq nəzarətdən çıxmağa doğru gedir. Səbəb isə çox sadədir, ölkədəki sosial vəziyyət artıq dözülməz hala gəlib. İrəvanda davam edən tələbə etirazları isə mövcud hakimiyyətin sonunu gətirə bilər. Təbii ki, son günlər Ermənistanın bugünkü vəziyyətinə reallıqla yanaşanlar, hakimiyyətin yeritdiyi siyasətə qarşı etiraz edənlərin sayı çoxalmaqdadır. Ermənistanın «1in.am» saytına müsahibə verən moskvalı ekspert Arbak Xaçatryan da bu qəbildəndir. O, Ermənistanda Qarabağ erməniləri ilə yerli ermənilər arasında olan ziddiyyətlərin kəskinləşməsini etitaf etməyə məcbur olur:”Qarabağ ermənilərinin hər şeyi var, bizimsə heç nəyimiz yoxdur”.
"Taşir" şirkətlər qrupu ilə Ermənistanın İnvestorlar Klubunun ölkənin energetika sektoruna ayırdığı sərmayə ilə bağlı sualı cavablandıran rusiyalı erməni ekspert deyir: «Təbii ki, onlar enerji sahəsində sərmayəni "problemsiz" və sərfəli vasitələrlə yatırırlar. Lakin mən bu gün Ermənistanda baş verən haqsızlıqlar, işsizliyin yaratdığı qorxunc vəziyyət səbəbindən ölkənin hər hansı bir enerji sektoruna qoyulan sərmayənin yerli vətəndaşların marağına səbəb ola biləcəyinə inanmıram
Mənim fikrimcə, bu gün hakimiyyətin əsas məqsədi öz hakimiyyətini qoruyub saxlamaq üçün xalqın gözünə hər hansı bir aldadıcı vasitələrlə kül üfürməyə hesablanıb. Bu gün Ermənistanda heç bir iqtisadiyyatdan və ya olmayan bu iqtisadiyyata sərmayə qoymaqdan danışıla bilməz».
Sayt əməkdaşının «Bir milyard dollarla qarşıdakı 2018-ci ildə ölkənin hansı problemlərini həll etmək olar»- sualını cavablandıran Arbak Xaçatryan «Bu gün Ermənistanda hər bir addımın atılması, hakimiyyətin qorunmasına hesablanıb»-cavabını verib: « O, (Sərkisyan nəzərdə tutulur) prezidentliyinin başlanğıcından etibarən, yalnız özünə «uğur» gətirə biləcək siyasət yürüdür. Mənim fikrimcə, xalqın miskin güzaranı- aclığı, ölkədən getməsi, xaricdə iş axtarması onun üçün o qədər də önəm kəsb etmir. Ona görə də mən bir milyardlıq sərmayənin insanlara sərf ediləcəyinə inanmıram. Daha bir önəm kəsb edən məsələ isə budur ki, əgər indiki prezident baş nazir olmaq həvəsinə düşübsə, deməli, erməni xalqının əsas müsibəti hələ qabaqdadır».
«Cələcəkdə hakimiyyətdaxili vəziyyətin bir-birinə qarşı çıxacaqları nöqtəsinə çatacağı ehtimal olunurmu»-sualını cavablandıran erməni ekspert, verilən sualda bir çox sirlərin olduğunu və söhbətin təkcə bununla yekunlaşmadığını bildirir: «Gələcəkdə veriləcək hər bir qərarda xeyli geosiyasi faktorlar var. Məsələn, ölkənin hazırkı baş naziri Karen Karepetyan , sadəcə bir menecerdir və menescer olaraq da qalacaq. Lakin 27 oktyabr, 1 mart tarixində törədilmiş və aşkar edilmiş cinayətləri öz boynuna görürəcəkmi?

«Əgər Türkiyə və Rusiya münasibətləri daha da möhkəmləndirirsə, Qarabağ problemi ilə bağlı nələrin baş verəcəi barədə heç bir şey söyləyə bilmərəm. Ermənistanın burnunun ucundan keçən Bakı-Tbilisi-Qars dəmir yolunun açılışından sonra ölkənin hansı mövqedə olduğu və gələcəkdə bu ölkəni hansı risklərin gözlədiyi müzakirə olunubmu? Şəxsən mən buna inanmıram, Çünki bu gün Ermənistan prezidenti həmkarlarının, alver mərkəzi başçılarının əhatəsindədir».

Axı, etiraf edilməlidir ki, bu gün də açıqlanmayan bir çox cinayətlər hazırkı sistemin güclənməsinə hesablanmış cinayətlərdir. Bu gün Ermənistanda izah edilə bilməyən iyrənc şahmat oyunu gedir. İnsanlar psixoloji olaraq kölə olmağa uyğunlaşdırılırlar. Amma təkrar edirəm ki, regionda, hətta Qarabağ məsələsinə də təsir edə biləcək bir çox geosiyasi faktorlar dəyişə bilər. Bu, əlbəttə ki, daxili həyata da təsir edəcək. Sual olunur, necə olur ki, Qarabağdan gələndə cibində bir qara qəpiyi olmayan Sərkisyan qısa bir müddətdə Rusiyada səhmlər alır, biznesə milyonlarla sərmayə qoyur. Elə bir ölkənin prezidenti ki, xalqı acından günorta durur. Sizi bilmirəm, mən onların heç birində müqəddəs bir şey görmürəm. Bu gün soyqırım və Qarabağ problemi insanları qul vəziyyətində saxlamaq üçün istifadə olunur.
Bu gün pul hamıya lazımdır. Nümunə üçün hər hansı bir peşə sahibindən əsas məqsədi barədə soruşsan, təbii ki, məqsəd kimi pul qazanmağı önə çəkəcək. Lakin müəyyən vaxtdan, pul həmin şəxslərə hakim olandan sonra artıq bu pullar da cinayətkar pullara çevrilirlər. Bununla da, bu faktor insanın psixologiyasını da dəyişir».
Arbak Xaçatryan qarşıdakı ildə veriləcək qərarların hər hansı bir hakimiyyət orqanlarından asılı olmayacağını etiraf edir: «Əgər Türkiyə və Rusiya münasibətləri daha da möhkəmləndirirsə, Qarabağ problemi ilə bağlı nələrin baş verəcəi barədə heç bir şey söyləyə bilmərəm. Ermənistanın burnunun ucundan keçən Bakı-Tbilisi-Qars dəmir yolunun açılışından sonra ölkənin hansı mövqedə olduğu və gələcəkdə bu ölkəni hansı risklərin gözlədiyi müzakirə olunubmu? Şəxsən mən buna inanmıram, Çünki bu gün Ermənistan prezidenti həmkarlarının, alver mərkəzi başçılarının əhatəsindədir».
Ağasəf Babayev





 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Qalust Qriqoryanın “yeni kəşfi”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info