BP-nin regional prezidenti BANM-in tələbələrinə ustad dərsi keçib
Tarix: 15.11.2017 | Saat: 19:27:00 | E-mail | Çapa göndər


BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz ilə Bakı Ali Neft Məktəbinin (BANM) müəllim və tələbələrinin görüşü olub. Görüşdə BP və digər neft şirkətlərinin nümayəndələri, eləcə də yerli və xarici media təmsilçiləri də iştirak ediblər. BANM-in kampusunun konqres zalında təşkil olunan tədbirdə Q.Counz “Liderlik” mövzusunda ustad dərsi keçib.
BANM-in rektoru Elmar Qasımov BP-nin regional prezidentinə bu ali məktəbə verdiyi önəmə, eyni zamanda, mühazirəsinə görə təşəkkürünü bildirib. O, BP-nin Azərbaycandakı 25 illik fəaliyyətindən danışıb, şirkətin tələbə və məzunlara xüsusi proqramlar vasitəsilə yay təcrübəsi və karyera imkanları yaratdığını vurğulayıb. BP-nin Azərbaycana gətirdiyi texnologiyalardan, həyata keçirdiyi sosial layihələrdən danışan E.Qasımov şirkətin ölkəmizdəki fəaliyyətini yüksək dəyərləndirib.
BANM-ə olan böyük diqqətinə və birgə əməkdaşlığın inkişafına verdiyi dəyərli töhfəyə görə BP şirkətinin regional prezidenti Q.Counza “Bakı Ali Neft Məktəbinin fəxri qonağı” diplomu təqdim edilib.
Q.Counz bildirib ki, Azərbaycanda təhsilin inkişafına, o cümlədən neft və qaz mütəxəssislərinin yetişdirilməsinə dəstək BP-nin sosial sərmayə proqramlarının əsas istiqamətlərindəndir. Qeyd edilib ki, BP-nin 2017-cil ildə işə qəbul etdiyi, neft və qaz ixtisası üzrə 13 mühəndisin beşi BANM-in məzunudur, həmçinin şirkətin yay təcrübəsi üçün seçdiyi 26 tələbədən 14-ü bu ali məktəbdə təhsil alır.
Daha sonra qonaq liderlik haqqında fikirlərini bölüşüb, əsl liderlik xüsusiyyətləri və liderliyə aparan yollar barədə tələbələrlə diskussiya aparıb, onların suallarını cavablandırıb. 1981-ci ildən bu günədək BP-də çalışan Q.Counz tədbir iştirakçıları ilə öz karyera təcrübəsini bölüşüb, fəaliyyətinin əsas istiqamətlərindən danışıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Bakı dünyanın 60 ən təhlükəsiz şəhəri sırasındadır
21.09.2019
Ekoloji sənədlərin verilməsi prosesi daha da asanlaşdırılacaq
20.09.2019
“Selcanın bütün dedikləri doğrudur“-Fuad Qəhrəmanlının ikinci qızı
20.09.2019
İçi dərmanla dolu 4 anbar aşkarlanıb
20.09.2019
Özəl tibb sahəsində kiçik və orta biznesin inkişafı müzakirə edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10895

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info