Cavid Qurbanov: “2020-ci ildə artıq Naxçıvana qatarla gedəcəyik”
Tarix: 15.11.2017 | Saat: 19:29:00 | E-mail | Çapa göndər


“Şimal-Cənub dəhlizinin birinci hissəsində işlər bu ilin dekabrında yekunlaşacaq. İran tərəfində isə 2020-ci ilə kimi bitməlidir”. Bu sözləri "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov bu gün keçirilən "Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin ümumi yığıncağında jurnalistlərə açıqlamasında səsləndirib. C.Qurbanov onu da qeyd edib ki, birinci hissədə artıq işlər başa çatmaq üzrədir: “Şimal-Cənub dəhlizi iki hissədən ibarətdir. Birinci hissəsi Astara-Astara dəmiryol xəttidir, bizim tərəfdə 16 kilometr artıq tikilib. Prezidentin tapşırığı ilə biz dekabr ayında o birinci hissənin birinci fazasını yekunlaşdıracağıq. Birinci faza o deməkdir ki, biz öz tərəfimizdə vergi, sərhəd, vaqonların yoxlanışı, İran tərəfdə 1,4 kilometr yolun, 35 hektar yerdə olan quru yüklərin boşaldılması üçün terminal, sərnişin daşınması üçün stansiyanın tikilməsi nəzərdə tutulub. Bu işləri təqribən dekabr ayının sonlarında yekunlaşdıracağıq”.
C.Qurbanov sözlərinə görə, 2020-ci ildə artıq Naxçıvana qədər qatarla getmək mümkün olacaq: “İkinci tərəfin tikilməsi üçün Azərbaycan dövləti tərəfindən 500 milyon dollar kredit ayrılıb. Bu həm İran tərəfi, həm də Azərbaycan tərəfindən razılşadırılıb. Nazirliklərə, aidiyyatı qurumlara bu məsələrlə əlaqədar sənədlər göndərilib. Tikinti işlərinə gələn ilin birinci yarısında başlanacaq. Orada tikinti işləri 2020-ci ilə kimi bitməlidir. 2020-ci ilə qədər biz artıq 164 kilometrin açılışını edəcəyik, buradan Naxçıvana qədər sizinlə bərabər qatarla gedəcəyik”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
SOCAR-ın bir qrup əməkdaşı “Fəxri neftçi” döş nişanı ilə təltif olunub
20.09.2018
Özbəkistan Bakı-Tbilisi-Qars vasitəsilə yük daşınmasını artıracaq
20.09.2018
Prezident bir sıra ölkələrin parlament rəhbərlərini qəbul edib- YENİLƏNİB
20.09.2018
Kənd təsərrüfatının istehsalı 4,2 faiz artıb
20.09.2018
Van Çunqan: Azərbaycanın iqtisadiyyatı qarşılıqlı investisiya qoyuluşları üçün əlverişlidir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info