Peşə təhsili məzunlarına növbəti təhsil pilləsinə keçid zamanı üstünlük veriləcək
Tarix: 15.11.2017 | Saat: 20:32:00 | E-mail | Çapa göndər


“Azərbaycanda son illər peşə təhsili sanki təhsil sektorundan kənarlaşmışdır, unudulmuşdur. Artıq ölkə başçısının apardığı islahatlarla bu sahə yenidən inkişaf etməyə başlayır, biz də bunu qanunvericilikdə təsbit edirik”. Bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli komitənin bu gün keçirilən iclasında "Peşə təhsili haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
 O qeyd edib ki, ölkədə peşə təhsili sahəsində vəziyyətin monitorinqini keçiriblər: “Monitorinqlər bizə reallığı düzgün qiymətləndirməyə kömək etdi. Vəziyyət bundan ibarətdir ki, bu sahə sürətlə yenilənməlidir, yeni dövrün standartlarına uyğunlaşdırılmalıdır. Qanun layihəsini hazırlayarkən xarici ölkələrin bu sahə üzrə təcrübəsi nəzərə alınıb”.
Komitə sədri qanun layihəsi zərində 1 ildən çox iş aparıldığını bildirib. İ. Həbibbəyli qeyd edib ki, layihə 5 fəsil, 26 maddədən ibarətdir: “Biz ilk dəfə peşə təhsili sisteminin təhsil sistemindəki yerini müəyyənləşdirmişik. Biz peşə təhsili ilə orta ixtisas təhsilinin inteqrasiyasını əsas götürürük. Peşə məktəbi sadəcə usta, kiçik mühəndis hazırlamır, həm də vətəndaş hazırlayır. Onun hazırladığı mütəxəssisin texniki, iqtisadi biliklərinin olması vacibdir. Bununla belə, onun milli dəyərlərimizə sahib çıxması, dövlətçilik ənənələrini gözləməsi də vacibdir. Eyni zamanda layihədə peşə təhsili müəssisələrinə lisenziyaların birdəfəlik, müddətsiz verilməsini məqsədəuyğun hesab etmişik”.
Deputat qeyd edib ki, peşə təhsili müəssisələrinə dövlət dəstəyinin göstərilməsi məqsədəuyğun sayılıb: “Layihədə bir çox yeniliklər var. Layihəyə əsasən, peşə təhsili müəssisələrinin məzunlarına növbəti təhsil pilləsinə keçid zamanı üstünlük verilir, dövlət təhsil müəssisələrində təhsil alanlar xüsusi iş geyim formaları ilə təmin edilir”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info