Bakı Atatürk Liseyində Ali Devrimin xatirəsinə həsr olunmuş tədbir keçirilib
Tarix: 15.11.2017 | Saat: 20:35:00 | E-mail | Çapa göndər


Türk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk Liseyinin mərhum müdiri Ali Devrimin vəfatından bir il ötür. Bu münasibətlə Bakı Atatürk Liseyində tədbir keçirilib.
Mərhumun xanımı Hatice Devrimin, oğlu Gökbərk Devrimin, Türk Dünyası İşlətmə fakültəsinin dekanı Fərruh Tuzcuoğlunun, KİV təmsilçilərinin və liseyin müəllim və şagird kollektivinin iştirak etdiyi tədbir Ali Devrimin xatirəsinin birdəqiqəlik sükutla yad edilməsi, həmçinin Azərbaycanın və Türkiyənin dövlət himnlərinin oxunması ilə başlayıb.
Sonra çıxış edən liseyin müdiri Hüseyn Dəmirəl Ali Devrim haqqında geniş məlumat verib. Ali Devrimin Türk Dünyası sevdalısı, böyük insan, ustad müəllim, vətənsevər ziyalı olduğunu deyən Hüseyn Dəmirəl onun Azərbaycanı da Türkiyə qədər sevdiyini bildirib: "Ali Devrim rəhmətlik Turan Yazqan hocamızın yadigarı olan Bakı Atatürk Liseyi üçün, bu məktəbin şagirdlərinin daha keyfiyyətli təhsil alması və uğurlar qazanmaları üçün gecə-gündüz çalışdı". ”
Türk Dünyası Araşdırmaları Vəqfinin qurucu başqanı Turan Yazqana və Bakı Atatürk Liseyinin mərhum müdiri Ali Devrimə həsr olunmuş videofilmin nümayişindən sonra çıxış edən Türk Dünyası İşlətmə fakültəsinin dekanı Fərruh Tuzcuoğlu, Azərbaycan Tibb Universitetinin müəllimi Aidə Bəndəliyeva, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu, aprel şəhidi Təbriz Musazadənin xanımı Pərişan Musazadə, "Qarabağ" fitbol klubunun oyunçusu Qara Qarayev və başqaları mərhumla bağlı xatirələrini dilə gətiriblər.
Tədbirdə, eyni zamanda, liseyin şagirdləri Ali Devrim haqqında yazdıqları məqalələri və şeirləri səsləndiriblər.
Sonda Devrimlər ailəsi adından çıxış edən Gökbərk Devrim atasının xatirəsinin daim əziz tutulmasının qürur hissi doğurduğunu deyib və diqqətə görə minnətdarlıq edib.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
Hərbi hissələrdə təhlükəsizlik tədbirləri görülüb
16.01.2019
“Azəriqaz” hava şəraitinin kəskin dəyişəcəyi ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçir
16.01.2019
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində operativ qərargah yaradılıb
16.01.2019
Tibb müəssisələri tam hazır vəziyyətə gətirilib
16.01.2019
Azərbaycandan İrana qanunsuz keçmək istəyən sərhəd pozucusu saxlanılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info