Azərbaycan 4 ölkə ilə nəqliyyat dəhlizi yaradılması barədə saziş imzalayıb
Tarix: 15.11.2017 | Saat: 20:57:00 | E-mail | Çapa göndər


Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə beş ölkəni birləşdirən “Lyapis-lazur” nəqliyyat dəhlizinin yaradılması barədə saziş imzalayıb.
TASS informasiya agentliyi xəbər verir ki, sənədlər Əfqanıstana dair VII Regional İqtisadi Əməkdaşlıq Konfransı (RECCA - Regional Economic Cooperation Conference on Afghanistan) çərçivəsində imzalanıb.
Dəmir yolları və avtomobil yolları Əfqanıstanın Herat əyalətindəki Torqundi şəhərini Aşqabadla, sonra Xəzər dənizindəki Türkmənbaşı limanı ilə birləşdirəcək. Daha sonra dəhliz Xəzərdən Bakıya, Tbilisidən Poti və Batumidə haçalanmaqla, Ankaraya, oradan da İstanbula uzanacaq.
Layihənin büdcəsi 2 milyard dollardır. Nəqliyyat dəhlizinin yaradılması barədə məsləhətləşmələr 2012-ci ildə başlanılıb. Milli dəmir yolları və avtomobil magistralları bu nəqliyyat dəhlizinin mühüm hissəsini təşkil edir.
Nəqliyyat dəhlizinin adı lazurit mineralının rəngindən götürülüb ki, bu da qədimdə Mərkəzi Asiyadan Yaxın Şərqə, Avropaya və Şimali Afrikaya aparılan əsas əşyalardan biri olub.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
“Azərsun Holdinq” Beynəlxalq Ətraf Mühit sərgisində iştirak edir
15.11.2018
Fransada keçirilən Forumda Azərbaycanda innovativ iqtisadiyyatın inkişafından danışılıb
15.11.2018
Dünya azərbaycanlılarının vahid mərkəzdən milli maraqlarımıza xidmət göstərməsi bəzi qüvvələrə sərf etmir
15.11.2018
Əli Əhmədov: “Bundan sonra da kiçik və orta sahibkarlığın inkişafı üçün geniş imkanlar olacaq“
15.11.2018
“Bakutel-2018” sərgisinin ziyarətçiləri lotereya qalibi olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info