Gəncədə gənclər və əlillər üçün treninqlər keçirilib
Tarix: 15.11.2017 | Saat: 21:09:00 | E-mail | Çapa göndər


İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin təşkilatçılığı ilə Gəncə şəhər 2 saylı peşə liseyində gənclər, Azərbaycan Əlil Qadınlar Cəmiyyətinin Gəncə şəhər şöbəsində isə əlillər üçün treninqlər keçirilib.
İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"ndə kiçik və orta sahibkarlıq (KOS) subyektləri üçün araşdırma və inkişaf fəaliyyətinin genişləndirilməsi məqsədilə keçirilən treninqlər biznes ideya, biznes planların hazırlanması, marketinq və menecment mövzularını əhatə edib.
Treninqlərdə biznes ideyanın həyata keçirilməsi yolları, biznes plan, marketinq sahəsində beynəlxalq təcrübə, yeni məhsul istehsalının və yeni xidmətlərin göstərilməsinin təşkili, bazar araşdırmalarının aparılması, menecmentin mahiyyəti və sair barədə əhatəli məlumat verilib.
Tədbirlərdə qadınlar üçün biznes inkubatorların yaradılması təşviq edilib, biznes inkubatorların yaratdığı imkanlardan bəhs olunub.
Treninqlər çərçivəsində iştirakçılar İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər və digər məlumatlar əldə ediblər.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
19.03.2019
Bu gün ilaxır – Torpaq çərşənbəsidir
18.03.2019
Avtomobildən telefon oğurlayan şəxs saxlanılıb
18.03.2019
Masallı “ASAN Həyat” kompleksində möhtəşəm Bahar festivalı
18.03.2019
900 mindən çox pirotexniki vasitə aşkarlanıb
18.03.2019
Novruz bayramı ərəfəsində növbəti yarmarka təşkil olundu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10697

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
3 Xaricdəki və yerli ictimai birliklərin növbəti virtual görüşü olub
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 “Sondakika.com”: “Apreldən TANAP-ın Avropaya təbii qaz göndərəcək hissəsində sınaqlara başlanacaq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info