Bosniyalı iş adamları Azərbaycan iqtisadiyyatına böyük maraq göstərir
Tarix: 15.11.2017 | Saat: 21:27:00 | E-mail | Çapa göndər


Bosniyalı iş adamları Azərbaycan iqtisadiyyatına böyük maraq göstərir.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu barədə noyabrın 15-də İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçirilən Azərbaycan-Bosniya və Herseqovina işgüzar görüşündə deyilib.
Tədbirdə rəsmi şəxslərlə yanaşı, hər iki tərəfdən kənd təsərrüfatı və qida sənayesi, sənaye, maliyyə, İKT, tikinti, tekstil və xidmət sahəsində fəaliyyət göstərən 60-a yaxın iş adamı iştirak edib.
İşgüzar görüşdə çıxış edən AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanda qeyri-neft ixracının genişləndirilməsi, investisiyaların təşviqi sahəsində reallaşdırılan tədbirləri diqqətə çatdırıb, ixraca dəstək mexanizmlərinin ölkəmizin xarici iqtisadi əlaqələrinin genişləndirilməsində, ixrac imkanlarının artırılmasında əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, xarici şirkətlərin fəaliyyəti üçün ölkəmizdə əlverişli şərait yaradılıb və Bosniya və Herseqovina iş adamları da bu imkanlardan yararlana bilər.
Bosniya və Herseqovinanın Olovo şəhərinin meri Cemal Memaqiç bosniyalı iş adamlarının Azərbaycan iqtisadiyyatına böyük maraq göstərdiyini bildirib, bu gün keçirilən tədbirin yeni işgüzar əlaqələrinin qurulması və mövcud əməkdaşlığın daha da genişləndirilməsi baxımından əhəmiyyətini diqqətə çatdırıb, iş adamlarını fəal əməkdaşlığa dəvət edib.
Sonra AZPROMO-nun əməkdaşı Mahmud Əliyevin Azərbaycanın investisiya mühiti və biznes imkanlarına dair təqdimatı dinlənilib.
Tədbir iş adamları arasında ikitərəfli görüşlərlə davam etdirilib.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Azərbaycan və Belarus arasında on milyonlarla dollarlıq müqavilələrin bağlanması gələcək üçün yaxşı göstəricidir
20.11.2018
Azərbaycan nefti bahalaşıb
19.11.2018
Gələcəyin iqtisadiyyatı: peyk müşahidəsi ixrac potensialını yüksəldəcək
19.11.2018
Doqquz ayda Azərbaycanda 94,5 min daimi iş yerləri açılıb
19.11.2018
Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzvlük Azərbaycan üçün yeni imkanlar deməkdir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info