Bərdədə avtomobil yolları yenidən qurulub
Tarix: 15.11.2017 | Saat: 21:49:00 | E-mail | Çapa göndər


Bərdə rayonunda 15 min nəfər əhalinin yaşadığı 17 yaşayış məntəqəsini birləşdirən Yeni Daşkənd–Umudalılar avtomobil yolunun tikintisi yekunlaşıb.
“Azəravtoyol” ASC-nin 43 nömrəli Yol İstismarı Məhdud Məsuliyyətli Cəmiyyətindən AZƏRTAC-a bildiriblər ki, uzunluğu 25 kilometr olan avtomobil yolu IV texniki dərəcəyə uyğun inşa edilib. Tikinti işləri çərçivəsində yol yatağının və əsasının genişləndirilməsi işləri aparılıb, zəruri yerlərə xüsusi material tökülərək kipləşdirilib, yolun ümumi eni 10 metrə çatdırılıb. İki hərəkət zolaqlı yola 6 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 2 metr enində çiyinlər daxildir.
Həmçinin yol əsasının tikintisi və yeni asfalt-beton örtüyünün döşənməsi işləri də yüksək keyfiyyətlə başa çatdırılıb. Ümumilikdə yola iki qat olmaqla 10 santimetr qalınlığında 157,5 min kvadratmetr yeni asfalt-beton örtüyü döşənib.
Layihə çərçivəsində əkin sahələrinin suvarılması üçün 2 yerdə dəmir-beton boru və 30 ədəd dəmir suötürücü boru qoyulub. Zəruri yerlərdə 432 yol nişanı və məlumatverici lövhə, 700 siqnal dirəyi quraşdırılıb. Yolboyu 20 avtodayanacaq yaradılıb. Yaxın günlərdə yol-cizgi və yol göstərici xətlərin çəkilişi işləri aparılacaq.
Qeyd edək ki, yolun tikintisi Prezident İlham Əliyevin Sərəncamı ilə ayrılan vəsait hesabına həyata keçirilib. Bərdə rayonu Yeni Daşkənd–Umudalılar avtomobil yolunun tikintisi ilə vətəndaşların gediş-gəlişi rahatlaşacaq, yük və sərnişin daşınması asanlaşacaq.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb
21.09.2018
Leysan yağacaq, dolu düşəcək
21.09.2018
Naxçıvanda maliyyə və mühasibatlıq işçilərinin iştirakı ilə təkmilləşdirici təlimlər keçirilir
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək
20.09.2018
600-dən çox adam sahilyanı ərazini 5 ton tullantıdan təmizlədi

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info