Qasım Məmmədov: “SABAH qruplarının tələbələrinin keyfiyyət göstəriciləri kifayət qədər yüksəkdir”
Tarix: 15.11.2017 | Saat: 21:51:00 | E-mail | Çapa göndər


Dünən Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) SABAH qrupları İcra Komitəsinin rəhbəri Şahin Seyidzadənin ADNSU-nun SABAH qruplarının tələbələri ilə görüşü keçirilib. Görüşdə ADNSU-nun tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədov, ADNSU SABAH qruplarının rəhbəri Nərminə Əliyeva və tələbələr iştirak edib.
ADNSU-nun tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədov SABAH qruplarının mütərəqqi əhəmiyyətini qeyd edib. O ADNSU-nun SABAH qruplarında təhsil alan tələbələrin keyfiyyət göstəricilərinin kifayət qədər yüksək olduğunu vurğulayıb.
SABAH qruplarının İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə SABAH-ın uğur göstəriciləri və yeniliklər barədə məlumat verib. Sonra o 2016-2017-ci tədris ili üzrə SABAH qruplarının ilk məzunlarının sayını açıqlayıb. ADNSU üzrə SABAH qruplarından məzun olan tələbələrin 16%-nin yerli və 39%-nin xarici universitetlərin magistratura pilləsinə qəbul olunduğunu deyən Ş.Seyidzadə ümumilikdə 55% tələbənin magistr olduğunu qeyd edib. SABAH qruplarının İcra Komitəsinin rəhbəri indiyədək belə bir nəticənin olmadığını qeyd edərək uğurların artması üçün bir neçə istiqamətdə işlərin planlaşdırıldığını bildirib. Ş.Seyidzadə tələbələrin ölkəmizdə və xaricdə magistraturaya qəbulu, elmi tədqiqat işlərinin aparılması, işlə təmin olunmaları və Startap layihələrinə qoşulmaları üçün yeni layihələrin gözlənildiyini də sözlərinə əlavə edib. Sonda o tələbələrin suallarını cavablandırıb.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib
24.09.2018
Ramil Usubov İranda səfərdədir
24.09.2018
Prokurorluğun yaranmasının 100 illiyinə həsr olunmuş konfrans
24.09.2018
Azərbaycanlı qızlar Süni İntellekt üzrə Təhsil Düşərgəsində iştirak ediblər
24.09.2018
Ehtiyat zabit hazırlığı kursu üçün qəbul elan edilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info