“Qarabağ” işimizi çətinə saldı”
Tarix: 15.11.2017 | Saat: 23:27:00 | E-mail | Çapa göndər


“Atletiko”nun prezidenti: “Yüksək səslə demək istəyirəm-Simeone toxunulmazdır”
“Mən bunu yüksək səslə demək istəyirəm: Simeone “Atletiko”da futbolçular, rəhbərlik və azarkeşlər üçün toxunulmazdır. Klubda buna şübhə etmək qadağandır”. Bunu “Atletiko”nun prezidenti Enrike Serezo deyib. “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqibi cari mövsümə uğurlu start götürmədiyindən, baş məşqçi Dieqo Simeone ilə bağlı müxtəlif söz-söhbətlər yayılmağa başlayıb. Onun Madrid klubunu tərk edəcəyi və İngiltərə Premyer Liqa komandalarından biri ilə anlaşacağı iddia olunur. Lakin klub prezidenti bunu qətiyyətlə təkzib edib. O, yerli mətbuata açıqlamasında həm La Liqada, həm də Çempionlar Liqasında işlərinin yoluna düşəcəyinə inandığını söyləyib: “La Liqada o qədər də zəif çıxış etdiyimizi düşünmürəm. 11 turdan sonra məğlub olmamışıq və liderlər qrupundan da uzaq deyilik. Çempionlar Liqasında isə şansımız davam edir. Doğrudur, “Qarabağ”la oyunlardakı xal itkiləri və “Çelsi”yə məğlubiyyət işimizi çətinə saldı. “Roma” ilə qalib gəlməli olduğumuz görüşdə isə bəxtimiz gətirmədi. Halbuki bu matçların hamısını yüksək səviyyədə keçirmişik. Hələ də şansımız davam edir və bunun üçün sona qədər mübarizə aparacaq gücə sahibik”. Serezo “Çelsi”dən transfer edilən Dieqo Kosta və “Las Palmas”dan icarədən qayıdacaq Vitolo sayəsində daha güclü olacaqlarını düşünür: “Bu yay qadağaya görə, transfer etmək istədiyimiz oyunçuları gətirə bilmədik. Əla futbolçulara sahib komandayıq. Üstəlik, heyəti gücləndirmək istədiyimiz futbolçuların da bir çoxu Avropanın böyük liqalarında yüksək səviyyədə çıxış edirlər. Yanvarda iki yeni oyunçu kollektivə qoşulacaq. Onlarla birlikdə daha da güclənəcək və ikinci dövrədə möhtəşəm nəticələr əldə edəcəyik”. 69 yaşlı futbol funksioneri La Liqanın XII turu çərçivəsində noyabrın 18-də keçiriləcək “Atletiko” – “Real” matçı ilə bağlı proqnoz da verib. Onun fikrincə, komandaların şansları 50/50-dir: “Hər iki komandanın xala ehtiyacı var. Qalib gələn aktivinə növbəti 3 xalı yazdıracaq. Vacib olan yaxşı oynamaq və sakit olmaqdı. Biz həmişəki kimi, qələbə üçün meydana çıxacağıq. Şanslar isə yarı-yarıyadır”.




 
Bölməyə aid digər xəbərlər
08.08.2020
Karantin rejimindən hamımız yorulmuşuq, bu bir əziyyətdir
07.08.2020
Macarıstanın Baş naziri qeyri-leqal miqrantları “bioloji silah“ adlandırdı
06.08.2020
Ermənistanın son əməlləri sülh prosesi üçün real perspektivlərə zərbə vurur
05.08.2020
Çimərliklərdəki yoluxma riski digər kütləvi toplanma yerlərindən daha yüksəkdir
05.08.2020
Ermənistanda Soros Fondunun mənzil-qərargahının açılması Qafqaz regionu üçün real təhdiddir

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11585

1 Avqustun 2-si Azərbaycanda Milli Kino Günüdür
2 Dünya nəhənginin yaradılması yolunda ilk addımı atmışıq, öz Henri Fordumuz, öz “Arzu-1“miz -VİDEO
3 Azərbaycan Kinematoqrafçılar İttifaqının illik mükafatının qalibləri elan olunub
4 İspaniyaya turist axını 70 faizdən çox azalıb
5 Finlandiyanın Baş Naziri futbolçuya ərə getdi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info