Masallının Xanalion kəndinə 34 ildən sonra təbii qaz verilib
Tarix: 15.11.2017 | Saat: 23:31:00 | E-mail | Çapa göndər


Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında müəyyən edilmiş tədbirlərə müvafiq olaraq, Masallı rayonunun Xanalion kəndinə 34 illik fasilədən sonra təbii qaz verilib. 1982-ci ildə kəndə verilən təbii qaz bir il sonra dayandırılmışdı. Xanalion kəndinin qazlaşdırılması məqsədilə müxtəlif diametrli borularla 20 min paqonmetr qaz xətti çəkilib, 289 evdə fərdi qaz sayğacı quraşdırılıb. Bu münasibətlə keçirilən mərasimdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, “Azəriqaz” İstehsalat Birliyi Lənkəran Regional Qaz İstismarı İdarəsinin rəisi Hüseyn Şirinov kənd sakinlərini əlamətdar hadisə münasibətilə təbrik edib, onlara xoş arzularını çatdırıblar. Kənd sakinləri Mirqasım Bağırov, Dilarə Bəşirova, Sərraf Səfərov və başqaları əhalinin sosial vəziyyətinin və məişət şəraitinin yaxşılaşdırılmasına göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info