Braziliya şirkətləri sənaye parklarına investisiya yatıra bilər
Tarix: 15.11.2017 | Saat: 23:35:00 | E-mail | Çapa göndər


“Azərbaycan hazırda regionun aparıcı dövlətlərindəndir”
Azərbaycan və Braziliya arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsinə dair müzakirələr aparılıb. Bu məqsədlə iqtisadiyyat naziri Şahin Mustafayev Braziliya Federativ Respublikasının ölkəmizdə səfərdə olan xarici əlaqələr naziri Aloyzio Nunyes Ferreiranın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən iş adamları da iştirak edib. Nazir Şahin Mustafayev Azərbaycan və Braziliya arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, iqtisadi-ticarət əlaqələrinin də bu səviyyəyə qaldırılmasının vacibliyini vurğulayıb. Qeyd edilib ki, ölkələrimiz arasında ticarət və investisiya əməkdaşlığı sahəsində imzalanmış anlaşma memorandumları, 2017-ci ildə yaradılmış Azərbaycan Respublikası hökuməti və Braziliya Federativ Respublikası hökuməti arasında Ticarət və İnvestisiyalar üzrə Birgə İşçi Qrupu iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi baxımından əhəmiyyətlidir. Nazir Şahin Mustafayev kənd təsərrüfatı, ticarət, investisiya qoyuluşu, turizm, İKT, enerji və s. sahələrdə əməkdaşlıq imkanlarını, sahibkarlar arasında əlaqələrin qurulmasının əhəmiyyətini diqqətə çatdırıb. Bildirilib ki, 2017-ci il yanvar-sentyabr aylarında ölkələrimiz arasında ticarət dövriyyəsi 5% artıb və ticarət əlaqələrinin genişləndirilməsi üçün ixrac potensialı olan məhsullar müəyyən edilməlidir. Braziliya şirkətləri Azərbaycanda yaradılmış sənaye parklarında və aqroparklarda investor qismində iştirak edə, kənd təsərrüfatı məhsullarının birgə istehsalı sahəsində əməkdaşlıq həyata keçirilə bilər. İqtisadiyyat naziri 2018-ci ilin mart ayında iş adamlarının da təmsil olunacağı Azərbaycan nümayəndə heyətinin Braziliyaya səfər edəcəyini diqqətə çatdırıb. Braziliyalı nazir ilk dəfə olaraq ölkəmizə səfər etdiyini və Azərbaycana səfərindən məmnunluğunu ifadə edib. Qeyd olunub ki, beynəlxalq arenada ölkələrimiz bir-birini dəstəkləyir, hər iki ölkədə səfirliklərimiz fəaliyyət göstərir. Azərbaycanın planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına uğurla keçdiyini, ölkəmizin regionun aparıcı dövlətlərindən olduğunu qeyd edən nazir Azərbaycanın xarici iqtisadi əlaqələrinin yüksək səviyyədə olduğunu bildirib. Braziliya-Azərbaycan iqtisadi əlaqələrinin genişləndirilməsi üçün lazımi şəraitin yarandığını bildirən nazir Aloyzio Nunyes hüquqi çərçivənin genişləndirilməsinin və sadələşdirilməsinin əhəmiyyətini diqqətə çatdırıb. Braziliya iqtisadiyyatı, aparılan iqtisadi islahatlar barədə məlumat verən braziliyalı nazir ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi imkanlarına dair fikirlərini bölüşüb, ölkəsinə investisiya qoyuluşunda maraqlı olduqlarını qeyd edib, Azərbaycanlı iş adamlarını Braziliyaya dəvət edib. Sonra görüşdə iştirak edən Azərbaycan iş adamları təmsil etdikləri şirkətlərin fəaliyyəti və Braziliya ilə əməkdaşlıq imkanları barədə məlumat veriblər.
Anar




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Yeni yolların açılışı cənub bölgəsində turizmin inkişafına təkan verəcək
19.09.2018
“First in Azerbaijan“ investisiya təşviqi mexanizmi yaradılır
19.09.2018
Növbəti startap turu Sumqayıtda keçiriləcək
19.09.2018
Neft sənayesi işçiləri təltif edilib
19.09.2018
Qubada yol tikintisinə 10,8 milyon manat ayrılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info