Rusiya “Azadlıq” radiosunu “xarici agent“ kimi tanıyacaq
Tarix: 15.11.2017 | Saat: 23:42:00 | E-mail | Çapa göndər


"Xarici agent" siyahısına “Amerikanın səsi”, “Deutsche Welle”, CNN, BBC və “Bloomberg” kimi media orqanları daxil ediləcək
Rusiya Dövlət Duması əcnəbi medianın "xarici agent" kimi tanınmasına icazə verən qanuna düzəlişləri qəbul edib. Dövlət Dumasının iclasında qanuna düzəlişlər ikinci oxunuşda qəbul olunub. Qanun layihəsinin lehinə 411 deputat səs verib. Yeni qanun layihəsinə görə, xaricdən maliyyələşən əcnəbi KİV Rusiyada "xarici agent" kimi tanına bilər.
Düzəlişlər Rusiyada qadağan olunmuş saytların məhkəmə qərarı olmadan bloklanmasına dair qanun layihəsinə də şamil olunacaq. Qanun layihəsinin müəllifləri Dumanın spikeri Vyaçeslav Volodin, Dumanın dörd fraksiyasının liderləri və parlamentin bir sıra komitə sədrləridir. Qanun layihəsində konkret nəşrlərdən və ya telekanallardan söhbət getmir. Əcnəbi KİV-in "xarici agent" kimi tanınması haqqında qərarı Rusiya Ədliyyə Nazirliyi qəbul edəcək. Dumanın vitse-spikeri Pyotr Tolstoy səsvermədən öncə bu düzəlişlərin ABŞ-ın "Rossia Today" kanalının "xarici agent" kimi qeydiyyata alınması tələbinə cavab tədbiri olduğunu xatırladıb. Onun fikrincə, yeni qanun layihəsi söz azadlığına heç bir təsir göstərməyəcək. Bu düzəlişlər hakimiyyətə söz azadlığını pozan ölkələr, rusiyalı jurnalistlərin fəaliyyətinə mane olan ölkələrə qarşı aydın tədbirlər görməyə imkan yaradacaq. Onun sözlərinə görə müzakirələr zamanı konsensus əldə etmək mümkün olub. Qanun layihəsinə Rusiya Federasiya Şurasında baxılacaq. Düzəlişlərdə konkret olaraq nəşr və ya televiziyalar qeyd edilməyib. “Xarici agent”i seçəcək Ədliyyə Nazirliyi həmin media orqanlarının statusu ilə bağlı məsələni həll edəcək.

Politoloq Aleksandr Martınov:
“Birləşmiş Ştatlarda istəyirlər ki, ABŞ ərazisində yayım həyata keçirə bilən “RT” və digər Rusiya media orqanları bazardan çıxsın. Çünki həmin media orqanlarının verdiyi məlumat ortaya alternativ qoyur, ABŞ daxilində aparılan təbliğatdan fərqlənir. Onlar alternativ xəbər mənbəyini bağlamaq istəyirlər”


Ola bilsin ki, həmin media orqanlarının ayrıca qeydiyyatı yaradılsın. “Xarici agent” kimi qeydiyyatda düşmək istəməyən kütləvi informasiya vasitələrinə QHT-lər tətbiq edilən “xarici agent”lə bağlı qanunda olan cəzalar tətbiq ediləcək. Hakim “Vahid Rusiya” partiyasından “RİA Novosti”yə bildiriblər ki, qanuna düzəlişlərdən sonra həmin siyahıya “Azadlıq” radiosu, “Amerikanın səsi”, “Deutsche Welle”, CNN kimi media orqanlarının adı düşəcək. Senator Aleksey Puşkov deyib ki, həmin media orqanlarının kabel televiziyası operatorlarının paketinə çıxış imkanı məhdudlaşdırılacaq. Politoloq Aleksandr Martınov bildirib ki, əvvəllər şifahi razılaşmaya əsasən KİV orqanlarına qarşı belə tələblər irəli sürülmürdü. Yəni onlar problemlərdən kənarda saxlanılırdı: “Hesab olunurdu ki, jurnalistlər bu meydandan kənarda qalsın - bizim jurnalistlər xarici ölkələrdə, xarici jurnalistlər bizim ölkədə işləyirlər. Hər şey də qaydasında idi. Amma indi vəziyyət dəyişib. Amma bu vəziyyəti biz yaratmamışıq, sadəcə, ABŞ-ın bizim media orqanlarına qarşı tədbirlərinə cavab veririk. Fikrimcə, BBC, CNN və “Bloomberg” kimi iri media orqanlarına da yeni tələblər şamil olunacaq. Onların bununla bağlı nə danışmasının bizim üçün heç bir fərqi yoxdur. Bizim jurnalistlərlə belə davranmaq lazım deyildi”. Martınov onu da bildirib ki, Qərb media orqanlarının “xarici agent” kimi qeydiyyatdan keçməsi onların Rusiya ərazisindəki fəaliyyətinə mane olmayacaq.

Dövlət Dumasında xaricdən maliyyələşən əcnəbi KİV-in "xarici agent" kimi tanınmasına icazə verən qanuna düzəlişlər qəbul edildi

Amma Rusiya media orqanlarının Qərb ölkələrində fəaliyyəti çətinləşəcək: “Birləşmiş Ştatlarda istəyirlər ki, ABŞ ərazisində yayım həyata keçirə bilən “RT” və digər Rusiya media orqanları bazardan çıxsın. Çünki həmin media orqanlarının verdiyi məlumat ortaya alternativ qoyur, ABŞ daxilində aparılan təbliğatdan fərqlənir. Onlar alternativ xəbər mənbəyini bağlamaq istəyirlər. Amma ümid edirik ki, bu “siyasi dəlilik” keçəcək. Bunun nə vaxt baş verəcəyini bilmirəm, amma mütləq keçəcək. Çünki ABŞ kimi böyük dövlət belə, bu rejimdə uzun müddət qala bilməz”. Xatırladaq ki, bu hadisələrin baş verməsinin səbəbi ABŞ Ədliyyə Nazirliyinin Rusiyanın “RT” kanalını “xarici agent” kimi qeydə almasıdır. ABŞ ədliyyə orqanı “RT”-yə noyabrın 13-nə qədər vaxt vermişdi, kanal isə noyabrın 10-da tələbi yerinə yetirib. Kanal rəhbərliyi bildirib ki, bu, məcburi seçim olub. Çünki telekanal qeydiyyatdan keçmə ilə cinayət işi seçimi arasında qalıb. Kanalla ABŞ Ədliyyə Nazirliyi arasında məhkəmə çəkişməsi gözlənilir. Rusiya da buna cavab olaraq “xarici agent”lə bağlı qanunu Duma müzakirəsinə çıxarıb.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info