Pentaqon “İŞİD”-i dəstəkləməklə bağlı ittihamlarını rədd edib
Tarix: 15.11.2017 | Saat: 23:45:00 | E-mail | Çapa göndər


“Rusiya Müdafiə Nazirliyinin “İŞİD”-in dəstəklənməsinə dair ABŞ-ın ünvanına səsləndirdiyi ittihamlar əsassız, qeyri dəqiq və tamamilə yalandır”. Bunu ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın nümayəndəsi polkovnik Rayan Dillon Rusiya MN-nin koalisiyanın “İŞİD”-lə əməkdaşlıq etməsinə dair məlumatını şərh edərkən deyib. Onun sözlərinə görə, Moskva Rusiyanın Suriyada üzləşdiyi çağırışlardan diqqəti yayındırmaq məqsədi ilə bu cür ittihamlar səsləndirir. “Bəzi yayılan şəkillərin video oyunlardan götürülməsi barədə xəbərlərdən məlumatlıyam”, - deyə Dillon Bağdadda keçirdiyi mətbuat konfransında əlavə edib. eyd edək ki, Rusiya MN-nin bundan əvvəl yaydığı məlumatda qeyd olunub ki, ABŞ-ın noyabrın 9-da Əl Bukamal rayonunda geri çəkilən terrorçulara zərbə endirməkdən imtina etməsi faktı aparılmış danışıqların stenoqramlarında öz əksini tapıb. Rusiya MN-nin dərc etdiyi bu məlumata fotoşəkillər əlavə olunub. Lakin sonradan bir sıra KİV-lər həmin şəkillərin kompüter qrafikası olduğunu üzə çıxarıb. Hazırda Rusiya Müdafiə Nazirliyi şəkilləri səhvən əlavə etdiyi iddia olunan mülki əməkdaş barəsində yoxlama aparır.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir
22.09.2018
Pambığın alış qiymətinin artırılması fermerlərə göstərilən diqqət və qayğının növbəti təzahürüdür
21.09.2018
Yalnızlıq qorxusu
21.09.2018
“Gənclərimiz daha məntiqli və faydalı yol tutmalı, müsbət davranış nümunəsi göstərməlidirlər”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info