Zimbabvedə nə baş verir?
Tarix: 15.11.2017 | Saat: 23:47:00 | E-mail | Çapa göndər


Zimbabve prezidenti Robert Muqabe ev dustaqlığında saxlanılır. Bu barədə Cənubi Afrika Respublikasının “News24” xəbər portalı yazıb. Məlumatı R. Muqabe özü Cənubi Afrika Respublikasının prezidenti Ceykob Zuma ilə telefon danışığı zamanı verib. Daha əvvəl mediada prezidentin və mühafizə xidmətinin girov saxlandığı barədə məlumat yayılıb. Həmçinin zirehli texnikanın hərbi hissələrdən paytaxt Harare şəhərin istiqamətində irəlilədiyi bildirilir. Bəzi məlumatlara görə, onlar televiziya mərkəzini tutublar. Hərbçilər hərbi çevriliş etmədiklərini, bütün bunları cinayətkarlarla mübarizə məqsədilə etdiklərini açıqlayıblar. Ordu hakim “Zimbabvenin Afrika milli ittifaqı – Vətənpərvər cəbhə” partiyasının Silahlı Qüvvələrin komandanı Konstantino Çivenqanı xəyanətdə və qiyama çağırışda ittiham etməsindən sonra aktivləşib. Bir qədər əvvəl Çivenqa noyabrın 6-da vəzifədən kənarlaşdırılan vitse-prezident Emmerson Mnanqaqva tərəfdarlarının təqibini dayandırmaq üçün müdaxiləyə hazır olduğunu demişdi. Məhz Mnanqaqva Zimbabvenin 93 yaşlı Prezidenti Robert Muqabenin mümkün varisi hesab olunurdu.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10491

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info