“Ukraynada yaşayan ermənilər ailələrini ölkədən çıxarır”
Tarix: 15.05.2013 | Saat: 00:17:00 | E-mail | Çapa göndər


Edqar Gevorqyanın törətdiyi amansız cinayət ukraynalıları
ermənilərə qarşı qaldırıb


“Armenianreport.com” saytında Ermənistan vətəndaşının Ukraynada törətdiyi amansız cinayət barədə yazılır: “Yaxın istirahət günlərinin birində Nikolayev sakinləri 24 yaşlı İnna Paxomova və 35 yaşlı Nikolay Yakuşevə görə ağlayırdılar. Ermənistan vətəndaşı Edqar Gevorqyan onların başını kəsib. Üstəlik İnna 4 aylıq hamilə olub.

Faciə zirzəmidəki oyun zalında baş verib. Gevorqyan oyunda 5 min qriven uduzur. Lakin kassir Paxomovadan pullarını geri qaytarmağı tələb edir. O, imtina edəndə isə bıçaqla 4 dəfə İnnanın ayağına zərbə endirir. Mühafizəçi Yakuşevə isə on bıçaq vurur.
Videomüşahidənin sayəsində hücum edən şəxsi həmin gün həbs ediblər. Nikolayev jurnalistləri aydınlaşdırıblar ki, Edqar Gevorqyan öz vətənində zərgər işləyib. Həyat yoldaşı və qızı ilə Ukraynaya köçəndən sonra isə tikintidə işə düzəlir. Lakin çox tezliklə tərəvəz dükanı açır. Keçən yay həyat yoldaşını vəhşicəsinə döydüyü üçün ailəsi Ermənistana geri dönüb.
“Gevorqyan nə ermənidir, nə də xristian. İki nəfəri öldürmək, üstəlik hamilə qadını - normal insan bunu etməz! Bizim icmada heç kəs onu tanımır. Qoy polis onu bizə versin, biz onu tikələrə parçalayarıq ki, milləti biabır etməsin! Ona maksimum cəza vermək lazımdır - ömürlük həbsə məhkum edilməlidir” - deyə erməni icmasının rəhbəri Qarik Mkrtçyan bildirib.
Buradakı ermənilər hazırda slavyan xalqını inandırmağa çalışırlar ki, qatil İrəvana qaçmağa çalışırdı, biz isə onu tutub təhvil verdik. Eyni zamanda öz ailələrini buradan çıxarırlar.
Hazırda şəhər milisi gücləndirilmiş rejimdə çalışır. Küçələrdə daxili qoşunlar keşik çəkir. Hökumət 2009-cu ildə Marqansda baş vermiş talanların təkrarlanmasından ehtiyat edir.
N.ABBASOVA




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info