Sərhədçilərdən uğurlu əməliyyat
Tarix: 16.11.2017 | Saat: 15:26:00 | E-mail | Çapa göndər


Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən qanunsuz olaraq Xəzər dənizi vasitəsilə ölkə ərazisinə narkotik vasitələrin qaçaqmal yolu ilə gətirilməsinin qarşısı alınıb.
 
DSX-nin Mətbuat Mərkəzindən verilən məlumata görə, noyabrın 13-də Astara rayonu istiqamətində xidmət aparan DSX-nin sərhəd gözətçi gəmisi tərəfindən balıqçı qayığının şübhəli hərəkətləri müşahidə olunub və üzmə vasitəsinin saxlanılması üzrə tədbirlər görülüb.
 
Sərhədçilərin “Dayan” əmrinə tabe olmayan balıqçı qayığı təqib edilərək saxlanılıb, qayıqdakı şəxslərin Astara rayonu Şahağacı kənd sakinləri 1969-cu il təvəllüdlü Mirzəyev Raqib Məzahir oğlu və 1978-ci il təvəllüdlü Əliyev Samid Pərviz oğlu olmaları müəyyənləşdirilib.
 
Qayığa baxış zamanı ümumi çəkisi 3 kq 720 qram olan bağlamanın içərisində 2 kq tiryək, 1 kq 510 qram heroin və 290 ədəd üzərində “Metadone-40” yazılmış dərman preparatları aşkar olunub.
 
Fakt üzrə əməliyyat və istintaq tədbirləri davam etdirilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Neftçalanın Ərəbqardaşbəyli kəndinə təbii qaz verilib
26.09.2018
AccessBank taksi xidmətləri üzrə tender elan edir
25.09.2018
Mərkəzi Klinikanın həkimləri vətəndaşları ödənişsiz müayinə edəcəklər
25.09.2018
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info