Regionlarda gənclər erkən nikah hallarının qarşısının alınması ilə bağlı maarifləndirilirlər
Tarix: 16.11.2017 | Saat: 16:05:00 | E-mail | Çapa göndər


Noyabrın 10-u Masallı rayonunda, 14-ü isə Biləsuvar rayonunda “Üfüq” Gənclərin İnkişafı Naminə İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən maliyyələşdirilən “Erkən nikahlara qarşı gənclərin sosial fəallığının artırılması” adlı layihə çərçivəsində tədbirlər həyata keçirib.
Layihənin rəhbəri, “Üfüq” Gənclərin İnkişafı Naminə İctimai Birliyinin sədri Nail Şükürov bildirib ki, layihənin məqsədi regionlarda yaşayan gənclər arasında daha çox yayılan erkən nikah hallarının qarşısının alınması istiqamətində məlumatsızlığın aradan qaldırılması, insan hüquqlarının pozulması, zorakılıq halları, təhsildəki problemlərlə bağlı zərərin azaldılmasına töhfə vermək, dövlət və vətəndaş cəmiyyətinin səylərinin əlaqələndirilməsi, gənclərin hüquqlarının müdafiəsi və ailə institutunun gücləndirilməsidir. Layihə rəhbəri ilə yanaşı, tədbirlərdə çıxış edən Rayon Gənclər və İdman İdarələrinin, yerli təşkilatların nümayəndələri qaldırılan problemin region üçün aktual olduğunu və bu layihənin iştirakçılar üçün faydalı təsiri olacağını xüsusi vurğulayıblar.
Layihə çərçivəsində Biləsuvar və Masallı rayonunda “erkən nikahlar və onların fəsadları” mövzusunda gənclərin, gənclər təşkilatları nümayəndələrinin, orta təhsil müəssisələrinin şagirdlərinin, müəllim və psixoloqlarının, valideynlərin iştirakı ilə təlimlər keçirilib. Təlimlər layihənin eksperti, bu sahədə təcrübəli təlimçi Afiq Məlikov tərəfindən aparılıb.
Təlimlər bu mövzuları əhatə edin: Erkən nikah nədir, onların əhatə dairəsi və meydana gəlmə formaları. Erkən nikahların səbəbləri və motivləri.Erkən nikahların fəsadları: təhsil hüquqlarının pozulması, boşanmalar və sağlamlıq problemləri.“Elçilik” adlı tapşırığın yerinə yetirilməsi.Qrup işlərinin aparılması və praktiki işlər nəticəsində əldə ediləcək biliklərin möhkəmləndiriliməsi.Erkən nikahların qarşısının alınması yolları, təbliğat təşviqat işlərinin aparılması, və uğurlu mübarizənin aparılması üçün innovativ ideyaların söylənilməsi.
Bundan əlavə region gəncləri və əhali arasında erkən nikahın fəsadları mövzusunda zəruri təbliğat və maarifləndirmə işləri aparılıb, “erkən nikahın nəticələri” adlı vieoçarxlar nümayiş etdirilmiş, zəruri nəşr məhsulları əhali və gənclərə paylanıb. Layihə çərçivəsində Biləsuvar və Massalı əhalisinin bir qrupunun iştirakı ilə erkən nikahlarla bağlı sosioloji sorğu aparılıb, bununla da mövcud vəziyyət öyrənilərək, nəticələr təhlil edilib.




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
“Kalkulyator uşaq” xarici və yerli təhsil müəssisələrindən təkliflər alır
21.01.2019
“Övladınızı kompüter və televizordan çəkindirməyin yolları”
21.01.2019
Səhiyyə Nazirliyi tərəfindən bu dərman geri çağırılıb
21.01.2019
Suraxanıda 20 Yanvar faciəsinin şəhidlərinin məzarları ziyarət edilib
21.01.2019
“AZƏRSUN HOLDİNQ”-in kollektivi Şəhidlər xiyabanını ziyarət edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info