Binəqədidə on ayda 1420 boş iş yerinə 1190 nəfər qəbul edilib
Tarix: 16.11.2017 | Saat: 16:21:00 | E-mail | Çapa göndər


Binəqədi rayon Məşğulluq Mərkəzində “Azərbaycan Respublikasında müasir mərhələdə dövlət məşğulluq siyasətinin gücləndirilməsi, bu sahədə mövcud olan problemlərin həlli və əhalinin səmərəli məşğulluğunun təmin edilməsi” mövzusunda işəgötürənlərin iştirakı ilə “dəyirmi masa” keçirilib.
Dövlət Məşğulluq Xidmətindən AZƏRTAC-a bildiriblər ki, “dəyirmi masa”da yerli müəssisələrin nümayəndələri iştirak ediblər.
Tədbiri Mərkəzin direktoru Güləhməd Bağırov açaraq işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsi sahəsində həyata keçirilən məşğulluq tədbirləri barədə məlumat verib.
“Dəyirmi masa”da Dövlət Məşğulluq Xidmətinin yerli orqanlarala və sosial tərəfdaşlarla iş sektorunun baş məsləhətçisi Xətai Mehralıyev çıxış edərək idarə və müəssisə rəhbərlərinin üzərinə düşən vəzifələr, yeni iş yerlərinin yaradılması, əhalinin məşğulluğunun yaxşılaşdırılması istiqamətində həyata keçirilən məşğulluq tədbirləri barədə bəhs edib.
Mərkəzin direktor müavini Elnur Əkbərov çıxış edərək bildirib ki, hazırda rayon ərazisində 560 müəssisə və təşkilat fəaliyyətdədir. Cari ilin 10 ayı ərzində müəssisələrin təqdim etdiyi 1420 boş iş yerlərində 1190 nəfər işaxtaran vətəndaş peşə və ixtisaslarına uyğun işlə təmin olunub, onlardan 13 nəfər sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşlar kvota yerlərində işə düzəliblər. Rayon üzrə 37 ailə özünəməşğulluq proqramından bəhrələnib.
“Dəyirmi masa”da əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi, işə düzəlməkdə çətinlik çəkənlərin məşğulluğunun təmin olunması sahəsində işəgötürənlərlə birgə görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10469

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info