Rövnəq Abdullayev: “SOCAR xaricə investisiya qoymağa davam edəcək “
Tarix: 16.11.2017 | Saat: 17:10:00 | E-mail | Çapa göndər


Bakıda Azərbaycanda Amerika Ticarət Palatası ("AmCham") üzvlərinin SOCAR və BP-nin yüksək vəzifəli rəsmilərinin fəaliyyətini səciyyələndirən Azərbaycanın neft strategiyasına həsr olunan işgüzar naharı keçirilib. BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qary Cons Azərbaycanda 2 mlrd. ton neftin hasil olunmasını ölkə tarixində mühüm hadisə və şanlı səhifə adlandırıb. "BP artıq 25 ildir ki, Azərbaycanda təhlükəsiz və səmərəli şəkildə fəaliyyət göstərir. Biz burada çox uğurlu və etibarlı tərəfdaşlıq qurmağımızla qürur duyuruq. Bu gün həmin tərəfdaşlığın irəli apardığı tərəqqi və inkişaf möhtəşəm səviyyəyə gəlib çatıb. Bu yaxında biz Azərbaycan tərəfi ilə əsas müqaviləni 2050-ci ilə qədər uzadaraq tərəfdaşlıq münasibətlərimizdə yeni bir səhifə açdıq", - deyə Q.Cons vurğulayıb.
Daha sonra SOCAR prezidenti Rövnəq Abdullayev çıxış edib. O, SOCAR-ın yerli müəssisədən transmilli şirkətə çevrilməsi barədə danışıb və rəhbərlik etdiyi qurumun xarici şirkətlər ilə əlaqələrinə toxunub. R.Abdullayev qeyd edib ki, Azərbaycanın milli gəlirlərinin artırılması istiqamətində SOCAR öz investisiya siyasətini şaxələndirib: "Neft qiymətləri yüksək olduğuna görə neft və qaz hasilatına iri həcmli investisiyalar qoyulub. Bununla belə, SOCAR tamamilə əks mövqe tutaraq neft emalı və kimya məhsullarının istehsalına iri həcmli investisiyalar qoymaqla bərabər, öz aktivlərini şaxələndirmək qərarına gəldi. Neft qiymətləri düşən zaman biz bu qərarın sağlam məntiqə əsaslandığına daha çox əmin olduq. Biz xam neft ticarəti ilə müqayisədə kimya məhsullarının qiymətlərində daha az qiymət dəyişmələrinin şahidi olduq. Nəticə etibarilə, biz ötən illərdə neft emalı və kimya məhsullarından əvvəlki illərlə müqayisədə hətta daha böyük gəlir əldə etdik. Beləliklə, biz ölkəmizin sərvətinin artırılmasına töhfə vermək məqsədilə bütün dünyada müxtəlif ölkələrə investisiya qoymağa davam edəcəyik."
Qeyd edək ki, tədbirə diplomatik korpusun nümayəndələri də daxil olmaqla 200-dən çox iştirakçı qatılıb. Xatırladaq ki, "AmCham"ın təşəbbüsü olan və hər ay təşkil olunan işgüzar naharda yüksək vəzifəli hökumət rəsmiləri, Milli Məclis üzvləri və diplomatik korpusun nümayəndələri iştirak edirlər.
"AmCham" Azərbaycanda xarici və yerli biznesin maraqlarını dəstəkləyən və təşviq edən özəl. qeyri-kommersiya əsaslı aparıcı ticarət-sənaye assosiasiyasıdır. 1996-cı ildə yaradılmış "AmCham" Azərbaycan iqtisadiyyatının hər bir sektorunda fəal olan 280-dən çox daimi və müxbir üzvdən ibarətdir. "AmCham" Azərbaycan ölkədə xarici investisiyaların təxminən 80%-ini, eləcə də yerli investisiyaların mühüm bir hissəsini təmsil edir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
“Ekspro” şirkəti Azərbaycanın neft-qaz sahəsində mövqeyini gücləndirir
15.11.2018
Azərbaycan ən çox İtaliyaya satır, Rusiyadan alır
14.11.2018
Büdcə haqqında qanun layihəsi birinci oxunuşda təsdiq edilib
14.11.2018
ABŞ nəşri: “Bakı Limanı İpək Yolunda ticarət üçün əhəmiyyətli bir dəhlizdir”
14.11.2018
Türk Hava Yolları: Yüklənmə səviyyəsi oktyabr ayında 83,4%-ə çatıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info