“Gənclər üçün ekoturizm düşərgəsi“ layihəsi başa çatıb
Tarix: 16.11.2017 | Saat: 18:04:00 | E-mail | Çapa göndər


Layihə "Gələcəyə Doğru" Təşəbbüskar Tələbə Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə Qax şəhərində yekunaşıb. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Gənclər üçün ekoturizm düşərgəsi” çərçivəsində gənclərin iştirakı ilə müxtəlif mövzulu təlimlər keçirilib, maraqlı müzakirələr aparılıb.
İctimai birliyin sədri Asif Səfərlinin sözlərinə görə gənclərin ekoturizm sahəsində yeni biliklər əldə etməsi və bu sahənin inkişafı üçün fikir mübadiləsi aparmasına istiqamətlənmiş layihədə 20 gənc iştirak edib. Layihə iştirakçıları Ekoturizm sahəsində nəzəri və praktiki biliklərinin artırılması, yüksək səviyyəli xidmətin təşkili, ölkəmizin ekoturizm potensialı, beynəlxalq ekoturizm və s. istiqamətlər üzrə maarifləndiriliblər.
“Gələcəyə Doğru” Təşəbbüskar Tələbə Gənclər İctimai Birliyi son illərdə bir çox yerli və beynəlxalq layihələrin iştirakçısı, həmçinin, Ukrayna, Türkiyə, Polşa, Almaniya, Moldova, Rusiya, Yunanıstan və Qırğızıstanda keçirilən beynəlxalq tədbirlərdə ölkəmizi layiqincə təmsil edib.




 
Bölməyə aid digər xəbərlər
18.03.2019
Müharibə əlilləri və onlara bərabər tutulanlar üçün bu il əlavə 400-dən çox avtomobil alınıb veriləcək
18.03.2019
Övladlığagötürmə ilə bağlı yeni Qaydaların layihəsi hazırlanır
18.03.2019
Aprelin 1-dən yaşa görə müavinətlər 80 faizə yaxın artırılacaq
16.03.2019
Məhkum edilmiş bir sıra şəxslər əfv olundu
15.03.2019
Beşdən çox uşağı olan qadınların hər uşağına görə müavinət gələn ayın əvvəlindən artacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10697

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
3 Xaricdəki və yerli ictimai birliklərin növbəti virtual görüşü olub
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 “Sondakika.com”: “Apreldən TANAP-ın Avropaya təbii qaz göndərəcək hissəsində sınaqlara başlanacaq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info