Rumıniya səfiri Naxçıvanda olub
Tarix: 16.11.2017 | Saat: 18:36:00 | E-mail | Çapa göndər


Noyabrın 14-15-də Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan İanku Naxçıvana səfəri çərçivəsində muxtar respublikanın tarixi abidələri, təhsil, mədəniyyət və istehsal müəssisələri ilə tanış olub.
AZƏRTAC xəbər verir ki, diplomat noyabrın 14-də müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstəsi qoyub, Heydər Əliyev Muzeyini ziyarət edib.
Naxçıvan Biznes Mərkəzi ilə tanışlıq zamanı səfirə məlumat verilib ki, hazır¬da burada muxtar respublikada istehsal olunmuş 900-dən çox məhsul nümayiş etdirilir. Eyni zamanda mərkəzdə xalçaçılıq, dekorativ-tətbiqi sənət, ağac üzərində oyma işləri də sərgilənir.
Duzdağ Fizioterapiya Mərkəzində olan qonağın diqqətinə çatdırılıb ki, dağın altına doğru 300 metr uzanan mərkəzdə yüksək səviyyəli xidmət şəraiti yaradılıb. Son illərdə ölkəmizin müxtəlif regionlarından, habelə dünyanın bir çox yerlərindən bronxial-astma xəstələri buraya gələrək müalicə alırlar. Müalicə olunanlar və onları müşayiət edənlər üçün mərkəzdə nümunəvi xidmətlər təşkil edilib.
Noyabrın 15-də isə rumıniyalı diplomat əvvəlcə Naxçıvan Dövlət Universitetinə gəlib. Ali təhsil ocağı ilə tanış olan səfir universitetin beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin tələbələri üçün Rumıniya-Azərbaycan əlaqələrinə dair mühazirə oxuyub.
Sonra diplomat “Naxçıvan Avtomobil Zavodu”, “Gəmiqaya Mineral Sular” və “Gəmiqaya Mebel” Məhdud Məsuliyyətli cəmiyyətlərinə gedib, istehsal prosesi ilə tanış olub.
Dövlət Bayrağı Meydanı və Muzeyində, Naxçıvan Dövlət Xalça Muzeyində, “Xan Sarayı” Dövlət Tarix-¬Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində, Heydər Əliyev Sarayı və Naxçıvan Dövlət Rəsm Qalereyasında, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində olan səfirə bu tarixi abidələr və mədəniyyət obyektləri haqqında ətraflı məlumatlar verilib.
Bununla da, Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan İankunun Naxçıvan Muxtar Respublikasına səfəri başa çatıb.
Rumıniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Dan İanku səfər təəssüratları barədə AZƏRTAC-a müsahibəsində deyib: “Bu, mənim Naxçıvana ilk səfərimdir. İkigünlük səfər çərçivəsində bir sıra görüşlərimiz oldu, muxtar respublikanın siyasi, iqtisadi vəziyyəti ilə tanış oldum. Gəldiyim nəticə bundan ibarətdir ki, Naxçıvanın iqtisadi, mədəni və digər sahələrdə böyük potensialı var. Burada keçirilən görüşlərdə də muxtar respublika ilə Rumıniya arasında əlaqələrdə bu potensial¬dan istifadə haqqında söhbətlərimiz oldu. Naxçıvan çox inkişaf etmiş və dinamik şəhərdir. Xoşbəxtlikdən mən payız ayında bura gəldim, ancaq hava çox gözəldir. Şəhər çox gözəl və təmizdir. Müasir binalarla yanaşı, tarixi tikililər də göz oxşayır. Naxçıvan, həqiqətən, qədimliklə müasirliyin harmoniyasını özündə əks etdirən şəhərdir. Təbiətin gözəlliyi, şəhərin təmizliyi, insanların qonaqpərvərliyi Naxçıvanda turizmin inkişafına imkan verir. Çünki turistlər də, adətən, bu cür yerlərə səfər etməyi sevirlər. Mən isə səfir kimi çalışacağam ki, Rumıniya ilə Naxçıvan arasında əməkdaşlıq bütün sahələr üzrə inkişaf etsin”.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info