Azərbaycan rəsmiləri Beynəlxalq Türk Akademiyasında olublar
Tarix: 16.11.2017 | Saat: 18:38:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdir müavini Ərəstü Həbibbəyli və ölkəmizin Qazaxıstandakı səfiri Rəşad Məmmədov Beynəlxalq Türk Akademiyasında olublar.
Akademiyanın prezidenti Darxan Kıdırali ilə keçirilən işgüzar görüşdə qonaqlara qurumun fəaliyyəti haqqında məlumat verilib, əməkdaşlıq imkanları müzakirə edilib.
Darxan Kıdırali bildirib ki, təkcə son üç il ərzində akademiya tərəfindən 104 kitab nəşr edilib, çoxlu layihələr və elmi ekspedisiyalar gerçəkləşdirilib, böyük əhəmiyyətə malik arxeoloji qazıntılar aparılıb. Qeyd edilib ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Naxçıvan Sammitində qurulan Beynəlxalq Türk Akademiyasına üzv dövlətlər – Qazaxıstan, Azərbaycan, Türkiyə və Qırğızıstanla yanaşı, Macarıstan, Monqolustan və Yaponiya da böyük maraq göstərir. Macarıstan artıq akademiyaya müşahidəçi üzv qəbul edilib.
Səfir Rəşad Məmmədov akademiyanın məhdud imkanlarla böyük işlər gördüyünü, bu işlərin türkdilli xalqların yaxınlaşmasına və bir-birilərini daha yaxından tanımalarına xidmət etdiyini söyləyib. Diplomat türk dövlətləri və xalqlarının yaxınlaşmasında, inteqrasiyasında akademiyanın üzərinə böyük vəzifə düşdüyünü, öz aktiv və təsirli fəaliyyəti ilə bu işin öhdəsindən uğurla gəldiyini bildirib.
Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdir müavini Ərəstü Həbibbəyli Beynəlxalq Türk Akademiyasının fəaliyyətinin Azərbaycanda yaxından izlənildiyini və böyük maraq doğurduğunu qeyd edib. O, əməkdaşlığın daha da dərinləşdirilməsi ilə bağlı təkliflərini səsləndirib.
Qonaqlar akademiyanın kitabxanası və Türk Muzeyi ilə tanış olublar. 56 mindən artıq kitabın toplandığı kitabxanada məşhur türkoloqların əlyazmalarının və kitablarının da yer aldığı bildirilib. Türk Muzeyində isə türk xalqlarının ortaq keçmişi, irsi və tarixi ənənələrini əks etdirən nadir eksponatların saxlandığı barədə məlumat verilib.
Sonda ziyarətçilərə akademiya tərəfindən nəşr edilən kitablar hədiyyə olunub.
Fuad




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Azərbaycanda tolerantlıq mühitinin qorunub saxlanılması üçün hüquqi baza formalaşdırılıb
22.01.2019
Mübariz Qurbanlı şimal bölgəsindən olan sakinlərin müraciətlərini dinləyib
22.01.2019
Snayperçilərimiz ən çətin atışları icra edib
22.01.2019
Mehman Hüseynov barəsindəki cinayət işinin icraatına xitam verildi
22.01.2019
Azərbaycan alternativ enerji üzrə bir sıra iri layihələr həyata keçirə bilər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info