Görkəmli alim və hərbi xadim Kərim Kərimovun anadan olmasının 100 illik yubileyi qeyd edilib
Tarix: 16.11.2017 | Saat: 20:06:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) bu elmi qurumun, “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin və Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin birgə təşkilatçılığı ilə görkəmli alim və hərbi xadim, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı, AMEA-nın fəxri üzvü, general-leytenant Kərim Kərimovun anadan olmasının 100 illiyinə həsr edilən tədbir keçirilib.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə tədbirin İlham Əliyevin “Kərim Kərimovun 100 illik yubileyinin keçirilməsi haqqında” 2017-ci il 30 yanvar tarixli Sərəncamına əsasən təşkil olunduğunu söyləyib. Qeyd edilib ki, bütün ömrünü kosmik raket texnikasının inkişafına həsr etmiş K.Kərimovun fəaliyyəti XX əsrdə kosmosun fəth olunması tarixinin ayrılmaz hissəsini təşkil edir. İyirmi beş il ərzində Kosmik Uçuşlar üzrə Dövlət Komissiyasına başçılıq etmiş K.Kərimovun adı keçmiş SSRİ-də kosmosun öyrənilməsi sahəsində bir çox nadir elmi-texniki layihələrin həyata keçirilməsi ilə sıx bağlı olub. K.Kərimov hələ 1946-cı ildən ballistik raketlərin radioölçmə sistemlərinin yaradılması istiqamətində işlər aparıb. Onun elmi-texniki araşdırmaları nəticəsində raketlərin daxili parametrlərinə nəzarət edən “Don” radioölçmə sistemi yaradılıb və kosmik raketlərdə tətbiq olunub. Keçən əsrin 50-ci illərində kosmosa uçuşların intensivləşdirilməsində və süni peyklərin yaradılmasında, Günəş sistemi planetlərinin və Ayın avtomat qurğular və insan tərəfindən öyrənilməsi işinin təşkilində bir alim və mütəxəssis kimi K.Kərimovun böyük xidmətləri olub. Kosmik fəzanın tədqiqi məqsədi ilə güclü “Soyuz” raket daşıyıcılarının yaradılması, “Salyut” orbital stansiyasının qurulması bilavasitə onun rəhbərliyi altında həyata keçirilib. Məhz bu layihənin davamı kimi, kosmik fəzada çoxmodullu “Mir” orbital stansiyası yaradılıb.
Digər çıxış edənlər K.Kərimovun kosmik raket texnikasının inkişafındakı misilsiz xidmətlərindən söz açıblar. Bildirilib ki, bütün əmək fəaliyyətini Moskvada həyata keçirməli olan K.Kərimov doğma vətəni Azərbaycan ilə əlaqələrini kəsməyib, respublikanın elmi mərkəzləri, xüsusilə Azərbaycan Milli Aerokosmik Agentliyinin işləri ilə həmişə maraqlanıb, öz dəyərli tövsiyə və məsləhətləri ilə onlara kömək edib. K.Kərimov Azərbaycan Respublikasının ali mükafatı – “Şöhrət” ordeni ilə təltif edilib.
Mərasimdə görkəmli alimin xatirəsinə həsr olunan “Yüksəliş” sənədli filmi nümayiş olunub.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info