Azərbaycanla Özbəkistan arasında hərbi əməkdaşlıq planı imzalanıb
Tarix: 16.11.2017 | Saat: 20:07:00 | E-mail | Çapa göndər


Bu gün müdafiə naziri, general-polkovnik Zakir HəsənovAzərbaycanda rəsmi səfərdə olan Özbəkistan Respublikasının Müdafiə naziri, general-mayor Abdusalom Azizovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
 
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Özbəkistan nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin, akademik Zərifə Əliyevanın məzarlarını, Şəhidlər xiyabanını ziyarət edib. 
 
Sonra Müdafiə Nazirliyində rəsmi qarşılanma mərasimi keçirilib. Qonaq fəxri qarovul dəstəsinin önündən keçib, hər iki ölkənin dövlət himni səsləndirilib və protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb.
 
Müdafiə nazirləri arasında əvvəl təkbətək, sonra isə nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirilib.
Qonaqları salamlayan general-polkovnik Z.Həsənov bildirib ki, ölkələrimiz arasında həyata keçirilən ikitərəfli hərbi əməkdaşlıq dostluq və qardaşlıq münasibətləri üzərində qurulub.
 
Müdafiə naziri bölgədəki hərbi-siyasi vəziyyətə toxunaraq Ermənistan ilə Azərbaycan arasında münaqişənin regional sabitliyə ciddi təhdid olduğunu diqqətə çatdırıb.
Ölkəmizə səfərindən məmnun qalan Özbəkistanın müdafiə naziri, general-mayor A.Azizov Azərbaycan Silahlı Qüvvələrində həyata keçirilən islahatlar və ordu quruculuğundakı nailiyyətlər barədə məlumatlı olduğunu qeyd edərək bu təcrübədən istifadə edilməsində maraqlı olduqlarını bildirib.
 
Tərəflər Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafının ölkələrimizin yerləşdiyi Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında sülhün və sabitliyin möhkəmlənməsinə xidmət edəcəyini xüsusi vurğulayıblar.   
 
Görüşdə Azərbaycan ilə Özbəkistan arasında hərbi, hərbi-texniki, hərbi təhsil, sahələrində əməkdaşlığın inkişaf etdirilməsi, mütəxəssislərdən ibarət qrupların qarşılıqlı səfərlərinin təşkili, o cümlədən maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
 
Görüşün yekununda Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında 2018-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq planı imzalanıb.
 
Sonra Özbəkistan nümayəndə heyəti Silahlı Qüvvələrin Baş Qərargahının inzibati binasında Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən muzeyi ziyarət edib, digər xidməti otaqlardakı iş şəraiti ilə tanış olub.
Mərkəzi Komanda Məntəqəsinə gələn qonaqlar videobağlantı vasitəsilə birliklər və qoşun növləri ilə birbaşa əlaqə saxlayıblar.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
“Ekspro” şirkəti Azərbaycanın neft-qaz sahəsində mövqeyini gücləndirir
15.11.2018
Azərbaycan ən çox İtaliyaya satır, Rusiyadan alır
14.11.2018
Büdcə haqqında qanun layihəsi birinci oxunuşda təsdiq edilib
14.11.2018
ABŞ nəşri: “Bakı Limanı İpək Yolunda ticarət üçün əhəmiyyətli bir dəhlizdir”
14.11.2018
Türk Hava Yolları: Yüklənmə səviyyəsi oktyabr ayında 83,4%-ə çatıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info