“Vikipediyada mövzulu ay və mükafatlandırma” adlı tədbir keçirilib
Tarix: 16.11.2017 | Saat: 20:49:00 | E-mail | Çapa göndər


AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) və AMEA Coğrafiya İnstitutu “Coğrafiya ayı”nın yekun nəticələri ilə bağlı “Vikipediyada mövzulu ay və mükafatlandırma” adlı birgə tədbir keçirib. MEK-in direktoru Leyla İmanova Coğrafiya İnstitutu ilə əməkdaşlığın nəticəsinin səmərəli olduğunu vurğulayaraq, vikipediya qrupunun fəaliyyətini yüksək qiymətləndirib. O, vikipediyada Azərbaycan dilində məqalələrin kəmiyyət və keyfiyyət baxımından artmasını, ölkəmizin 57-ci pillədən 52-ə yüksəlməsini, kitabxanada AMEA- nın Coğrafiya İnstitutundan olan 17 nəfərə vikipediya təlimlərinin keçirilməsini görülən işlərin müsbət nəticəsi hesab edib. Leyla İmanova deyib: “Mərkəzi Elmi Kitabxananın vəzifələrindən biri informasiyanı idarəolunan, əlaqələndirilə bilən strateji resursa çevirməkdir. Bu səbəbdən 2015-ci ilin əvvəlində MEK sərbəst elektron resurslardan birincisi hesab olunan vikipediyanı öz maraq dairəsinə daxil etdi, bu istiqamətdə bir sıra fəaliyyətlər həyata keçirdi. Bu fəaliyyətlərin ictimaiyyətə bəlli olan hissəsi sistemli halda təlimlərin təşkil edilməsidir. MEK-də vikipediyada çalışmaq qaydaları ilə bağlı ölkə modeli hazırlandı və kitabxanada onun pilot layihəsi tətbiq edilməyə başlandı. Güman edirəm ki, bütün bunlarla biz viki icmanın daha mütəşəkkil şəkildə çalışmasına nail olduq”. Leyla İmanova tədbir iştirakçılarını paraleldə Googla alternativ axtarış sistemləri və vikipediyaya alternativ ensiklopedik resurslarla işə səfərbər olunmağa, Azərbaycan elmini bu resurslarda da təmsil etməyə çağırdı. AMEA Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov vikipediyanı elektron ensiklopedik bilik bazası olmaqla yanaşı, həm də bir təbliğat mənbəyi adlandırıb. Bu yöndə ana dilimizdə məzmunlu, orijinal faktlara əsaslanan məqalə sayının çoxalması üçün bütün institutun səfərbər olduğunu bildirib. MEK-in Sərbəst elektron resurslarla iş şöbəsinin müdiri Elnur Hüseynov vikipediya təlimlərinin əhəmiyyətindən və bununla bağlı görülən işlərdən danışıb. Qiymətləndirmə komissiyasının üzvü, aktiv istifadəçi Fəqan Orucov vikipediyada yerləşdirilən məqalələrin müqayisəli təhlilini verib və bu sahədə mövcud olan nöqsanları diqqətə çatdırıb. AMEA-nın Coğrafiya İnstitutunun vikipediya qrupunun rəhbəri Aida Aslanova “Coğrafiya ayı”nda görülən işlər barədə hesabat verib. Qeyd edib ki, "Coğrafiya ayı" çərçivəsində 2666 məqalə yazılıb, 251 kateqoriya və 272 şəkil yüklənib. MEK-in Təlimlər bölməsinin rəhbəri Günay Məmmədova ay ərzində vikipediyada işlənən mövzuların statistikasını açıqlayıb. Qeyd olunub ki, 2014-cü ildən “Azərbaycan Vikimedia Könüllüləri” İctimai Birliyinin təşkilatçılığı ilə vikipediya istifadəçilərinin müxtəlif mövzularla bağlı məqalələr üzərində birgə iş layihəsi olan mövzulu ay təşkil edilir. 2017-ci ildən Mərkəzi Elmi Kitabxana mövzulu aylar üzrə 5 tədbirdə daha fəal iştirak edib. Mövzulu aylar çərçivəsində Azərbaycan dilli vikipediyada 1782 məqalə və 10 kateqoriya yaradılıb, 658 məqalə isə redaktə olunub. Tədbirdə AMEA Coğrafiya, Tarix institutlarının, həmçinin Tarix Müzeyinin əməkdaşlarına “Mövzulu ay” ərzində səmərəli çalışdıqlarına görə sertifikat və kitablar hədiyyə olunub. I yerə Qiymətləndirmə Komissiyasının üzvü, aktiv istifadəçi Fəqan Orucov, II yerə Rəşid Nurməmmədov, III yerə Coğrafiya İnstitutunun əməkdaşı Aida Aslanova, IV yerə Həlimə Əhmədzadə layiq görülüblər. Dörd mövzulu ayın mükafatına isə AMEA Tarix İnstitutunun əməkdaşı Elnur Nəciyev layiq görülüb. Mövzulu ayın qaliblərinə MEK rəhbərliyi tərəfindən “Təşəkkürnamə” və kitabxananın oxucu kartı da verilib. Sonda Kanadada keçirilən “Vikimaniya 2017” adlı beynəlxalq tədbirdə Azərbaycanı təmsil edən MEK-in Sərbəst elektron resurslar şöbəsinin Koordinasiya bölməsinin rəhbəri Nihat Vəlizadə tədbir haqqında və ümumlikdə vikipediya haqqında fikirlərini bölüşüb.




 
Bölməyə aid digər xəbərlər
16.07.2019
Gədəbəy rayonunda ehtiyata buraxılmış gənclərin qarşılanma mərasimi keçirilib
15.07.2019
Yaşayış yeri və olduğunuz yer üzrə qeydiyyatdan keçin
15.07.2019
Vilayət Eyvazov 41 nəfəri Bakı polisində vəzifəyə təyin edib: püşkatma yolu ilə
15.07.2019
“Diplomatiya Akademiyası” layihəsinin iştirakçıları ilə görüş keçirilib
15.07.2019
Вот так сейчас выглядит мавзолей Насими в Алеппо - FOTO

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info