“İnşallah Laçının, Şuşanın, Ağdamın uşaqları ata torpaqlarına dönəcəklər”
Tarix: 16.11.2017 | Saat: 20:49:00 | E-mail | Çapa göndər


“Dünyada “biz qardaşıq” deyə bilən iki ölkə Azərbaycan və Türkiyədir. Son illər bu münasibətlər hər iki ölkə prezidentlərinin apardığı uğurlu siyasət nəticəsində daha da inkişaf edib”.
 
Bunu Bakıda səfərdə olan Türkiyə prezidentinin mədəniyyət məsələləri üzrə baş müşaviri Yalçın Topçu deyib.
 
Y. Topçu bildirib ki, bu günlərdə istifadəyə verilən Bakı-Tiflis-Qars dəmir yol xətti kimi möhtəşəm layihə insanların rifahına, sülhün təmin olunmasına xidmət edəcək: “Azərbaycan və Türkiyə əkiz qardaşdır. Bütün sahələrdə dostluq-qardaşlıq var. Həm Azərbaycan, həm Türkiyə üçün çox böyük layihələrə imza atılır. Bizim siyasət, iqtisadiyyat, mədəniyyət və başqa sahələrdəki əməkdaşlığımız hər gün daha da möhkəmlənir. Təbii ki, problemlərimiz də var. Amma bunları Bakı-Ankara qardaşlığı bir yerdə aşacaq. Ən böyük problemlərdən biri bütün dünyanın gözü qarşısında xaincəsinə baş verən Qarabağın işğalıdır. Bütün dünya bunu bilir, Minsk qrupu isə sadəcə, seyr edir. Amma inşallah, ən qısa vaxtda ermənilər işğal etdikləri Azərbaycan torpaqlarından qeyd-şərtsiz çəkiləcək, Azərbaycan öz torpaqlarına təkrar qovuşacaq. Laçının, Şuşanın, Ağdamın uşaqları inşallah, ata torpaqlarına dönəcəklər. Bu, Ankaranın ən böyük arzusudur. Biz terrorla mübarizə aparırıq. Bakı bu mübarizədə hər zaman yanımızdadır. Bakı ilə Ankara çox güclü olarsa, Türk dünyası güclü olar”. 
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2019
Cəbhəçi trollar cəbhənin özünə qarşı hücuma keçdi
20.09.2019
Avstraliya Azərbaycanlıları Assosiasiyası parlament üzvünün ədalətli mövqe tutmasını tələb edib
20.09.2019
Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüş vaxtı məlum oldu
20.09.2019
Prezident “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdə iştirak edir
20.09.2019
Azərbaycan-Macarıstan əlaqələri strateji tərəfdaşlıq müstəvisində inkişaf edir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10888

1 В Великобритании перешли на систему образования СССР
2 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
3 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
4 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”
5 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info