“Bakcell”in 4G xidməti artıq Gəncədə!
Tarix: 16.11.2017 | Saat: 22:13:00 | E-mail | Çapa göndər


Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti 4G LTE xidmətini Gəncə şəhərində istifadəyə verir. Mobil internet sürətinin əhəmiyyətli dərəcədə artmasını təmin edən “4G Sür@” xidməti yerləşdikləri məkanda genişzolaqlı internetə yüksək sürətli çıxış imkanına malik olmaq istəyən istifadəçilər üçün nəzərdə tutulub. “Biz Gəncə şəhərində yaşayan Bakcell abunəçilərinə yüksək keyfiyyətli 4G LTE xidmətlərini təqdim etməkdən qürur hissi duyuruq. Artıq Bakı və Abşeron yarımadasının abunəçilərimizlə yanaşı, bizim Gəncədəki abunəçilərimiz də Bakcell şirkətinin təqdim etdiyi yüksək keyfiyyətli və sürətli mobil internetdən yararlana biləcəklər. Azərbaycan bazarında 4G xidmətlərinə olan tələbat və 4G texnologiyasını dəstəkləyən cihazların sayı əhəmiyyətli dərəcədə artmaqdadır və biz hesab edirik ki, LTE xidmətlərini ölkənin bölgələrində istifadəyə vermək vaxtıdır” deyə, “Bakcell” şirkətinin baş icraçi direktoru Nikolai Beckers bildirib.
Mərasimdə şirkətin PR və korporativ kommunikasiyalar departamentinin rəhbəri Süheyla Cəfərova çıxış edərək bildirib ki, ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan “Bakcell”, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir. O, qeyd edib ki, “Bakcell” şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət nümayəndəsinin sözlərinə görə, “Bakcell”, “Sür@” ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir. Bu çərçivədə görülən işlərin davamı olaraq, Bakı və Abşeron yarımadasından sonra Gəncə şəhərində də 4G LTE xidməti istifadəyə verilir. S.Cəfərova onu da xatırladıb ki, mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan “P3 Communications” şirkəti tərəfindən bu yaxınlarda “Bakcell” Azərbaycanda “Best in Test” (sınaq nəticələrinə görə, ən yaxşı) adına layiq görülüb.
Çıxış edən “Bakcell”in baş satış direktoru Zaur Bayramov Gəncə şəhərinin onlar üçün prioritet olduğunu dilə gətirib. Qeyd edib ki, Bakcellin mobil internet istifadəçiləri arasında Gəncə və gəncəlilər daha aktivdirlər. 4G LTE xidmətinin yaxın gələcəkdə digər regionlarda təqdim olunacağını vurğulayan Z.Bayramov bu xidmət növü barədə daha ətraflı məlumat verib.
Təqdimat mərasimindən sonra media mənsubları “Gəncə Hub”a və baza stansiyasının yerləşdiyi ərazilərindən birinə səfər ediblər. Səfər iştirakçıları qeyd edilən ərazilərə daxil olmazdan öncə Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin (SƏTƏM) mühafizəsi üzrə bölmə rəhbəri Rəşad Paşayev təhlükəsizlik qaydalarını xatırladıb. Bildirib ki, hab mərkəzə və stansiyanın yerləşdiyi əraziyə daxil olarkən hər bir kəs sadə mühafizə vasitələri ilə, yəni qoruyucu dəbilqə və xüsusi eynəklə təmin edilməlidirlər. Yalnız bundan sonra əraziyə daxil olmaq, təlimatçının müşaiəti ilə oradakı avadanlıqlarla, həmçinin onların iş prinsipi ilə tanış olmaq olar. Təlimatı dinləyən və sadə mühafizə vasitələri ilə təmin olunan media mənsubları hub mərkəz və stansiya ilə yaxından tanış olublar. Mobil şəbəkə operatorları ilə əlaqələrin idarə edilməsi üzrə şöbə rəhbəri Samir Məhəmmədov, Radio şəbəkələrin planlaşdırılması bölməsinin rəhbəri Ramin Qurbanov jurnalistləri maraqlandıran sualları ətraflı cavablandırıblar.
S.Məhəmmədov jurnalistlərə baza stansiyalarının iş prinsipi, 4G baza stansiyalarında istifadə olununan mobil texnologilayar və 4G texnologiyasının abunəçilərə verdiyi imkanlardan danışıb. O qeyd edib ki, “Bakcell” şirkəti öz abunəçilərini yüksək keyfiyyətli rabitə xidmətləri ilə təmin etmək üçün şəbəkənin təkmilləşdirilməsi işlərini davam etdirir və müasir avadanlıqlardan geniş istifadə edir.
Şöbə rəhbəri bildirib ki, Şirkət bütün ölkə ərazisini 3g xidmətləri ilə təmin edib. Hazırda 3G şəbəkəsini təkmilləşdirməklə yanaşı, 4G texnologiyasının digər bölgələrdə tətbiqi istiqamətində işlər həyata keçirilir.
Qeyd olunub ki, 6500-dən artıq baza stansiyası sayəsində Bakcell şəbəkəsi əhalinin 99, ölkə ərazisinin isə 93 faizini (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni ən böyük sosial layihəsinə start verir
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info