Uşaq qidaları istehsal edən müəssisələr yaradılmalıdır
Tarix: 17.11.2017 | Saat: 00:12:00 | E-mail | Çapa göndər


Qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən tədbirlər ixrac səviyyəsinin getdikcə artmasına imkan verir. Cari ilin 9 ayının nəticələri də bu sahədə müsbət irəliləyişlərin olduğunu göstərir. Ölkə başçısı bildirib ki, bu rəqəmlər ən yaxşı göstəricidir və onlar qeyri-neft sektorunun inkişafı ilə bağlı bizim bütün vəzifələrimizin uğurla icra edildiyini göstərir: “Mən əvvəlki dövrlərdə də qeyd etmişdim ki, bizim əsas prioritetimiz qeyri-neft sektorunun inkişafıdır. Ondan sonrakı dövrlərdə qarşıya daha çox məsələ qoyulur ki, biz qeyri-neft ixracının artımına nail olaq və buna da nail oluruq. Çünki budur bizim inkişaf perspektivlərimiz. Qeyri-neft sektorunun ixracı bizə böyük həcmdə valyuta gətirir. Bu, hələ işimizin birinci mərhələsidir. İndi aqroparklar, istixanalar, heyvandarlığın inkişafı, sənayeləşmə siyasətimiz bundan sonra daha da böyük nəticələr verəcək”.
Əgər 2015-ci ildə 15 ölkəyə kənd təsərrüfatı məhsulları ixrac olunurdusa, hazırda bu məhsullar 30 ölkəyə göndərilir. Sənaye məhsullarımızın ixracında da kifayət qədər artım müşahidə olunur. Bu gün ölkədə istehsalı mümkün olan hər bir məhsulun ixracını təşviq etmək önəmli amildir. Bu isə “Made in Azerbaijan” brendi ilə dünya bazarlarında ölkəmizin məhsullarının tanınması deməkdir.

Dünya miqyasında uşaq qidalarının 60 faizini cəmi 4 şirkət istehsal edir

Qidalanma həyat üçün hər zaman vacibdir, lakin insanın sürətlə böyüdüyü körpəlik dövründə xüsusi bir əhəmiyyət daşıyır. Adətən, 0-2 yaş arasında qəbul edilən qida körpələrin fiziki, zehni və mənəvi inkişafına da çox böyük təsir göstərir. İlk iki il ərzində ana südü ilə qidalanma bütün dünyada qəbul edilir və bu istiqamətdə tədbirlər həyata keçirilir. Xüsusilə ilk 4 - 6 ayda körpələrin bütün ehtiyaclarını ən etibarlı şəkildə ödəmək üçün yalnız ana südü təklif olunur. Altı aydan sonra əlavə qidalardan istifadəyə başlanılır. Körpənin inkişafından asılı olaraq, nə zaman və hansı qidalardan istifadə edilməsi həkim tövsiyəsinə uyğun həyata keçirilir.
Ancaq ananın və körpənin sağlamlığı ilə bağlı problemin olması, ananın ona süd vermək istəməməsi kimi hallarda körpəyə alternativ qidalar verilməsi lazım gəlir. İstifadəsindən asılı olaraq körpə qidaları müxtəlif növdə istehsal olunur.
Statistik məlumatlara görə, inkişaf etməkdə olan ölkələrdə beş yaşdan kiçik 200 milyondan çox uşaq kifayət qədər qidalanmır. Bu isə uşaqların zehni bacarıqlarının itirilməsi, tez-tez infeksiyalar, daimi zehni və fiziki çatışmazlıqlara səbəb olur. Ana südündən erkən ayrılma və nəticədə uşaqların qidalanma ehtiyaclarının kifayət qədər ödənməməsi iqtisadi çətinlik, gigiyenik çatışmazlıq kimi amillərlə bağlı ola bilər. Kifayət qədər qidalanmamanın qarşısının alınması, uşaq sağlamlığının qorunması məqsədilə ilk iki il ana südü verilməsi və 4-6 aydan sonra müvafiq əlavə qidalardan istifadə edilməsi tövsiyə edilir. Ana südü körpə üçün lazım olan bütün qida maddələrini ehtiva edir. Bununla yanaşı, müxtəlif səbəblərdən süd verilə bilməyən körpələr üçün, ana südünə oxşar hazırlanan uşaq qidaları sənaye üsulu ilə istehsal edilməkdə, satışa çıxarılmaqdadır.
Sənaye üsulu ilə uşaq qidaları 1800-cü ildə icad edilib və sürətlə yayılmağa başlayıb. Bu məhsullar, sadəcə, inək südündən əldə edilən protein, karbohidratlar kimi qidalı komponentlərə yağ, vitamin, mineral və digər birləşmələr əlavə etməklə əldə edilir. Bu qidaları ana südünə bənzətmək üçün onlar beynəlxalq standartlarda müəyyən edilmiş dərəcələrlə qarışdırılmalıdırlar. Nəhayət, hazırda əsasən toz halında qablaşdırılır.
Beynəlxalq hüquq uşaq qidalarının istehsalını qadağan etmir və ya lazım olduğunda səhiyyə işçiləri tərəfindən körpələrə verilməsinə maneə törətmir. Çünki ana südü vermənin mümkün olmadığı ana südünün olmadığı, yaxud çatışmadığı zaman uşaq qidaları ilk ildə inək südü və digər heyvan südlərindən daha üstündür. Belə vəziyyətlərlə bağlı uşaq qidaları istehsal edilməlidir. Mütəxəssislərin fikrincə, uşaq qidalarının tərkibindəki məhsullar təbii kənd təsərrüfatı üsulları ilə istehsal edilməlidir. “Agrifood Atlas 2017” hesabatına görə dünyada bəzi şirkətlərin inhisarçılığı sayəsində istehlakçı seçimləri məhdudlaşır. Bu gün dünya miqyasında uşaq qidalarının 60 faizini cəmi 4 şirkət istehsal edir. Bu günlərdə televiziya kanallarının birində izlədiyimiz fraqmentdə göstərilirdi ki, alman şirkətlərindən birinin nümayəndəsi Türkiyədə yetişən, xarici görünüşü o qədər də cəlbedici olmayan alma bağlarına səfər edərək, həmin məhsulları almaq niyyətindədir. Həmin almalardan uşaq qidası istehsalı nəzərdə tutulur. Göründüyü kimi, ölkəmizdə də kifayət qədər alma bağları var və hətta bəzi hallarda məhsulu bol olan bağbanlar onu sata bilmirlər və nəticədə məhsul xarab olur. Amma praktika göstərir ki, həminekoloji təmiz almalardan keyfiyyətli məhsullar, o cümlədən uşaq qidaları istehsal etmək mümkündür. Əsas xammal-alma və digər meyvələr ölkəmizdə yetişdiyindən elə uşaq qidasını da istehsal və ixrac edə bilərik.
Ölkəmizdə yetişən ekoloji cəhətdən təmiz meyvələri uşaq yeməkləri istehsal edən şirkətlərə də satmaq mümkündür. Ana südü önəmli olsa da, bəzi problemlərlə bağlı uşaq qidasına ehtiyac var. Ölkəmiz bu sahədə istehsal imkanlarından yararlanıb təbii uşaq qidaları istehsal və ixrac edə bilər.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10465

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info