Erməni nazirdən etiraf: “Xarici investorlar sərmayəni ancaq sabit ölkələrə yatırırlar”
Tarix: 17.11.2017 | Saat: 00:17:00 | E-mail | Çapa göndər


Ermənistanda ərzaq məhsulları sürətlə bahalaşır: ət məhsullarında 7,9 faiz, balıq məhsullarında 24,7 faiz qiymət artımı qeydə alınıb

Rəsmi məlumatlara görə son aylar Ermənistanda ət və balıq məhsullarının qiymətində xeyli bahalaşma olub. Belə ki, bu ilin təkcə oktyabr ayında ötən ilin eyni dövrü ilə müqayisədə ət məhsulları 7,9 faiz, balıq və balıq məhsullarının qiyməti isə 24,7 faiz bahalaşıb. Ət məhsulları qrupunda, donuz ətinin pərakəndə qiymətlərində 1,4 dəfə, quzu ətində isə 24,3 faiz artım baş verib. “News.am” saytı ərzaq qiymətlərində ən çox qiymət artımının kərə yağında müşahidə edildiyini bildirir. Belə ki, bu yağın qiymətindəki artım rekord olub - 33,3 faiz! Bu, Ermənistanda son on ayın nəticələrini özündə əks etdirən əsas qiymət indeksidir. Erməni mediası yazır ki, artıq son zamanlar alıcılar arasında ərzaq məhsullarının təhlükəli həddə çatan qiymət artımından şikayətlərin sayı artıb. Təbii ki, ət və ət məhsulları, balıq və balıq məhsulları bütün dövrlərdə insan orqanizmi üçün faydalı xüsusiyyətlərə malik "qiymətli qida" kimi xarakterizə edilib. Lakin Ermənistandakı qiymət artımı ilə müqayisədə bu termin ikinci məna daşımağa başlayıb. Qeyd etmək lazımdır ki, Yeni il ərəfəsində satıcılar bayram süfrəsi üçün tələb olunan ərzaq məhsullarının qiymətlərini indidən qaldırırlar. Beləliklə, Ermənistandakı cari qiymət səviyyəsi növbəti inflyasiya üçün tramplin rolunu oynaya bilər. Təbii ki, buna əsas da var. Artıq neçə gündür ki, Ermənistan parlamenti 2018-ci il üçün ölkənin büdcə layihəsini müzakirəyə çıxarıb. Ölkənin maliyyə naziri Vardan Aramyan qarşıdakı il üçün Ermənistanın büdcə layihəsini təqdim edib. Təqdimat zamanı çıxış edən erməni nazir, qaydalara əsaslanan fiskal siyasətin iqtisadi inkişafa yönəldilməli olduğunu erməni deputatların nəzərinə çatdırıb. Ermənistanda sosial-iqtisadi vəziyyəti sabitləşdirmək üçün ölkəyə ən azından 5 faizlik iqtisadi artımın lazım olduğunu xatırladan Aramyan çox təəssüflə buna nail ola bilmədiklərini də etiraf edib. Nazir bütün ölkələr üçün iqtisadi artımın xarici sərmayələrin hesabına olduğunu bildirən nazir, bunun hələ də Ermənistana aid olmadığını bildirib: «Bu gün bizim üçün önəm kəsb edən məsələ ölkənin milli təhlükəsizlik məsələsidir. Hazırda iqtisadi artımdan danışarkən anlamalıyıq ki, bunun üçün ölkəyə sərmayə qoyulmalıdır. Amma fakt odur ki, xarici investorlar sərmayəni ancaq sabit ölkələrə yatırırlar”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
25.05.2019
Repressiyaya məruz qalanların sırasında böyük ədiblərin, şəxsiyyətlərin, ziyalıların adları daha çoxdur
24.05.2019
“Amnesty International“ idmanın siyasiləşdirilməsi istiqamətində ermənilərlə ortaq taktika həyata keçirir
24.05.2019
Nikol Paşinyan Qarabağ klanından qorxduğu üçün oğlunu təhlükəsiz yerə köçürüb
24.05.2019
Rusiya ilə Azərbaycan arasında münasibətləri korlamaq cəhdləri baş tutmayacaq
24.05.2019
“Çimərlikdə qadağanedici şarları keçmək olmaz”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10790

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info