UNEC-də “Bir günlük tələbə” olmaq istəyənlərin sayı artıb
Tarix: 17.11.2017 | Saat: 00:28:00 | E-mail | Çapa göndər


UNEC-də 2017/2018-ci tədris ilindən yuxarı sinif şagirdlərinə “bir günlük tələbə” olmaq şansı yaradılır. Həftə ərzində paytaxtın 10, 27, 83, 182 saylı məktəblərinin və Bakı Avropa Liseyinin X və XI sinif şagirdləri “UNEC-də bir gün” layihəsində iştirak ediblər. Şagirdlərin əksəriyyəti maliyyə, mühasibat uçotu və audit, dünya iqtisadiyyatı biznesin idarəedilməsi, menecment ixtisaslarına maraq göstəriblər. “Bir günlük tələbə”lərə şərti tələbə bileti təqdim olunub. “Tələbə bileti” dərslərdə iştirak etməyə, kitabxana və yeməkxanadan istifadə etməyə icazə verir. “Bir günlük tələbə”lərə gələcəkdə ixtisas seçimində çətinlik çəkməmələri üçün konsultasiya xidməti də göstərilib. Cənubi Qafqazın ən böyük iqtisadyönümlü ali təhsil ocağı olan UNEC-də dərs və imtahan prosesinin ictimaiyyətə açıq keçirildiyini müsbət hal kimi qarşılayan şagirdlər “Bir günlük tələbə” olaraq imtahan sessiyasını da izləyə biləcəklərindən məmnun olublar. Onlar gələcəkdə UNEC-lə London Universiteti/London İqtisadiyyat Məktəbi və Montpellier Universiteti ilə bakalavrlar üçün olan ikili diplom proqramı, eləcə də Universitet Daxili İki Diplom (UDİD) proqramından faydalanmaq istədiklərini bildiriblər. “UNEC-də bir gün” layihəsində iştirak etmək istəyənlər 497-58-63 telefon nömrəsinə zəng edə, yaxud UNEC-in rəsmi “Facebook” səhifəsi ilə əlaqə saxlaya bilərlər.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
23.08.2019
Türkiyədə xatirə Azərbaycan pulu buraxıldı
23.08.2019
“Hər bir valideyn övladının psixoloqu olmalıdır”
23.08.2019
Dünya azərbaycanlıları Türkiyədə bir araya gələcək
23.08.2019
“Kənd təsərrüfatının inkişafında kooperasiyalaşma mühüm rol oynamaqdadır”
23.08.2019
Bakı-Sabunçu dəmiryol marşrutu dəyişdirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10870

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info