Beynəlxalq Türk Akademiyasının fəaliyyəti Azərbaycanda yaxından izlənilir
Tarix: 17.11.2017 | Saat: 00:33:00 | E-mail | Çapa göndər


Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdir müavini Ərəstü Həbibbəyli və ölkəmizin Qazaxıstandakı səfiri Rəşad Məmmədov Beynəlxalq Türk Akademiyasında olublar. Akademiyanın prezidenti Darxan Kıdırali ilə keçirilən işgüzar görüşdə qonaqlara qurumun fəaliyyəti haqqında məlumat verilib, əməkdaşlıq imkanları müzakirə edilib. Darxan Kıdırali bildirib ki, təkcə son üç il ərzində akademiya tərəfindən 104 kitab nəşr edilib, çoxlu layihələr və elmi ekspedisiyalar gerçəkləşdirilib, böyük əhəmiyyətə malik arxeoloji qazıntılar aparılıb. Qeyd edilib ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Naxçıvan Sammitində qurulan Beynəlxalq Türk Akademiyasına üzv dövlətlər – Qazaxıstan, Azərbaycan, Türkiyə və Qırğızıstanla yanaşı, Macarıstan, Monqolustan və Yaponiya da böyük maraq göstərir. Macarıstan artıq akademiyaya müşahidəçi üzv qəbul edilib. Səfir Rəşad Məmmədov akademiyanın məhdud imkanlarla böyük işlər gördüyünü, bu işlərin türkdilli xalqların yaxınlaşmasına və bir-birilərini daha yaxından tanımalarına xidmət etdiyini söyləyib. Diplomat türk dövlətləri və xalqlarının yaxınlaşmasında, inteqrasiyasında akademiyanın üzərinə böyük vəzifə düşdüyünü, öz aktiv və təsirli fəaliyyəti ilə bu işin öhdəsindən uğurla gəldiyini bildirib. Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdir müavini Ərəstü Həbibbəyli Beynəlxalq Türk Akademiyasının fəaliyyətinin Azərbaycanda yaxından izlənildiyini və böyük maraq doğurduğunu qeyd edib. O, əməkdaşlığın daha da dərinləşdirilməsi ilə bağlı təkliflərini səsləndirib. Qonaqlar akademiyanın kitabxanası və Türk Muzeyi ilə tanış olublar. 56 mindən artıq kitabın toplandığı kitabxanada məşhur türkoloqların əlyazmalarının və kitablarının da yer aldığı bildirilib. Türk Muzeyində isə türk xalqlarının ortaq keçmişi, irsi və tarixi ənənələrini əks etdirən nadir eksponatların saxlandığı barədə məlumat verilib. Sonda ziyarətçilərə akademiya tərəfindən nəşr edilən kitablar hədiyyə olunub.
Fuad




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info