Zimbabvedə keçid hökuməti qurulması barədə danışıqlar aparılır
Tarix: 17.11.2017 | Saat: 00:43:00 | E-mail | Çapa göndər


Zimbabvedə müxalifət nümayəndələri və hərbçilər ölkə prezidenti Robert Muqabenin istefaya gedəcəyi təqdirdə keçid hökumətinin qurulması barədə danışıqlar aparırlar. TASS xəbər verir ki, bunu müxalif “Demokratik dəyişikliklər uğrunda hərəkat” partiyasının adı çəkilməyən rəhbərlərindən biri bildirib. Onun sözlərinə görə, hökumətin təhvil verilməsi prosesi başlayıb və region ölkələri bunu susaraq dəstəkləyir. “Keçid hökumətinin qurulması və onun tərkibinə müxalifətin də daxil olması barədə aktiv danışıqlar gedir”, - deyə mənbə qeyd edib. Xatırladaq ki, hakim “Zimbabvenin Afrika milli ittifaqı – Vətənpərvər cəbhə” partiyasının Silahlı Qüvvələrin komandanı Konstantino Çivenqanı xəyanətdə və qiyama çağırışda ittiham etməsindən sonra ordu noyabrın 15-də ölkənin paytaxtı Harare şəhərində hökumət, parlament və məhkəmə binalarına gedən yolları bağlayıb, şəhərin mərkəzinə zirehli texnika yeridib. Eyni zamanda, yerli mediada yayılan xəbərlərə görə, dövlət teleradio korporasiyasının binası ələ keçirilib, maliyyə naziri İqnasius Çombo və daha bir neçə nazir həbs olunub. Muqabe, onun ailə üzvləri və yaxın ətrafına daxil olan bir sıra şəxslər prezident iqamətgahında ev dustaqlığında saxlanılır. Bundan öncə, noyabrın 6-da Çivenqa vəzifədən kənarlaşdırılan vitse-prezident Emmerson Mnanqaqva tərəfdarlarının təqibini dayandırmaq üçün müdaxiləyə əl atmağa hazır olduğunu demişdi. Cənubi Afrika Respublikasında olan Mnanqaqva noyabrın 15-də ölkəyə qayıdıb. Xaricdə müalicə alan müxalifət lideri, “Demokratik dəyişikliklər uğrunda hərəkat” partiyasının başçısı, sabiq Baş nazir Morqan Tsvanqirainin də Zimbabveyə geri döndüyü bildirilir. Sabiq Baş nazirin və vitse-prezidentin qayıdışı ölkədə Muqabedən sonrakı dövrə hazırlıq getdiyi barədə ehtimalları gücləndirir. “Reuters” agentliyinin yaydığı məlumata görə, bu hadisələr fonunda Robert Muqabe istefa verməkdən boyun qaçırır və səlahiyyət müddətinin sonunadək (2018-ci ilin avqustu) postunda qalmaqda israr edir.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Pakistan məhkəməsi Nəvaz Şərifin həbsdən buraxılmasına qərar verib
19.09.2018
USAİD Gürcüstanda iqtisadi islahatlar üçün 1,5 milyard dollar ayırıb
19.09.2018
Şimali və Cənubi Koreya arasında hərbi sahədə əməkdaşlıq müqaviləsi imzalanıb
18.09.2018
Çin ABŞ-dan idxal olunan 5200-dən çox məhsulun rüsumunu artırır
18.09.2018
ABŞ Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin bərqərar olmasında maraqlıdır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info