Türkmənistan Dövlət Dəniz Administrasiyasının təcrübəsindən yararlanacaq
Tarix: 17.11.2017 | Saat: 15:13:00 | E-mail | Çapa göndər


Dövlət Dəniz Administrasiyasının (ARDDA) rəisi Qüdrət QurbanovTürkmənistanın Çay və Dəniz Nəqliyyatı Dövlət Xidmətinin Dəniz Üzgüçülüyünə nəzarət üzrə Dövlət Administrasiyasının rəisi Seyitqulu Bayseyidovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

ARDDA-nın Mətbuat Xidmətindən verilən məlumata görə, görüşdə tarixi inkişaf yolu keçən dəniz nəqliyyatı bütün zamanlarda öz əhəmiyyətliyini saxlayıb deyən Q.Qurbanov bildirib ki, Azərbaycan 1995-ci ilin may ayında BMT-nin nüfuzlu orqanı olan Beynəlxalq Dəniz Təşkilatına tam səlahiyyətli üzv qəbul olunub. Ölkəmiz Beynəlxalq Dəniz Təşkilatına üzv olduğu tarixdən etibarən dəniz nəqliyyatı sahəsində 20-dən çox beynəlxalq konvensiya və protokola qoşulub.

Dəniz nəqliyyatı sahəsi üzrə beynəlxalq konvensiyaların tələblərindən irəli gələn öhdəliklərin icra vəziyyətinin qiymətləndirilməsi məqsədi ilə Beynəlxalq Dəniz Təşkilatının Audit Ekspert Qrupunun 2017-ci ilin 28 may - 6 iyun tarixlərində Dövlət Dəniz Administrasiyasında keçirdiyi audit yoxlaması barədə danışan Q.Qurbanov vurğulayıb ki, yoxlamanın nəticələrinə əsasən respublikamız 172 dünya dəniz dövləti sırasında ən qabaqcıllar olan Avropa dövlətlərini geridə qoyaraq, statistika üzrə ön sırada yer tutub.
 
Onun sözlərinə görə, Audit Ekspert Qrupunun keçirdiyi audit yoxlamasının müsbət nəticələri Azərbaycanda dəniz nəqliyyatı sahəsində həyata keçirilən tədbirlərin, qəbul edilən normativ hüquqi aktların, gəmilərin standartlarına nəzarət və müfəttişlər tərəfindən yoxlanılmasının, Dövlət Dəniz Administrasiyasının tabeliyində olan liman kapitanlarının fəaliyyətinin, liman akvatoriyalarında və ümumiyyətlə Azərbaycanın bütün ərazi sularında gəmilərin hərəkətinin idarə edilməsi sisteminin Beynəlxalq Dəniz Təşkilatının bütün tələblərinə uyğun olaraq yüksək səviyyədə təşkil olunması barədə fikir yürütməyə əsas verir.
 
Beynəlxalq Dəniz Təşkilatının Audit Ekspert Qrupunun gələn il Türkmənistanın Çay və Dəniz Nəqliyyatı Dövlət Xidmətinin Dəniz Üzgüçülüyünə nəzarət üzrə Dövlət Administrasiyasında audit yoxlaması keçirəcəyinə toxunan cənab Qurbanov qarşılıqlı təcrübə mübadiləsinin aparılması məqsədilə Azərbaycanda səfərdə olan Türkmənistan nümayəndə heyətinə bu istiqamətdə lazımi mütəxəssis köməyi göstəriləcəyini bildirib.
 
Qəbula görə təşəkkür edən S.Bayseyidov Beynəlxalq Dəniz Təşkilatının Audit Ekspert Qrupunun keçirdiyi audit yoxlaması zamanı əldə edilən uğurlu nəticələrə görə Azərbaycan Dövlət Dəniz Administrasiyasının rəisini təbrik edib. Yoxlamanın nəticələri Beynəlxalq Dəniz Təşkilatının hesabatlarında qeyd olunub deyən qonaq bildirib ki, Azərbaycanın bu uğuru Beynəlxalq Dəniz Təşkilatına üzv dövlətlərin rəğbətinə səbəb olub.
 
ARDDA-nın liman akvatoriyalarında və ümumiyyətlə Azərbaycanın bütün ərazi sularında gəmilərin hərəkətinin idarə edilməsi sisteminin təşkili, beynəlxalq əlaqələr sahəsində qazandığı uğurlar, dəniz nəqliyyatı sahəsi üzrə beynəlxalq konvensiyaların tələblərindən irəli gələn öhdəliklərin icra vəziyyəti, dəniz nəqliyyatı sahəsində həyata keçirdiyi digər tədbirlərlə bağlı mövcud təcrübəsindən yararlanmağa ehtiyac var deyən qonaq Tükmənistan və ARDDA arasında qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyətindən danışıb.
 
Görüşdə bir sıra maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
 
Daha sonra Türkmənistan nümayəndə heyəti, Xəzəryanı ölkələrdə ilk dəfə olaraq Azərbaycanda yaradılan, ən son naviqasiya və müşahidə avadanlıqları ilə təchiz edilən ARDDA-nın Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi ilə tanış oldular.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info