Əmək müfəttişliyi sahəsində Litva ilə təcrübə mübadiləsi aparılıb
Tarix: 17.11.2017 | Saat: 15:33:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndə heyəti Litvada səfərdə olub.
 
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, səfərdə məqsəd əmək müfəttişliyi sisteminin təkmilləşdirilməsi sahəsində görülən işlərlə bağlı təcrübə mübadiləsinin aparılması olub.
 
Səfər çərçivəsində Litvanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyinin rəisi Yonas Gricius və müfəttişliyin digər rəsmiləri ilə görüş olub.
 
Görüş zamanı Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə Azərbaycanda Beynəlxalq Əmək Təşkilatının (BƏT) layiqli əmək konsepsiyasının reallaşdırılması, sosial dialoqun inkişafı, Xidmətin potensialının artırılması, əmək hüquqlarının müdafiəsi yönündə görülən işlər barədə məlumat verib. Xidmət rəisi bildirib ki, ölkəmizdə əmək və məşğulluq  sahəsində aparılan siyasət beynəlxalq qurumlar tərəfindən də yüksək dəyərləndirilir. Bunun ifadəsi olaraq cari ilin iyun ayında Azərbaycan BƏT-in Rəhbər Orqanına üzv seçilib, eyni zamanda Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda iki pillə yüksələrək 137 ölkə arasında 35-ci yerdə qərarlaşan Azərbaycan bu hesabatda əmək bazarının səmərəliliyi üzrə 9 pillə irəliləyərək 17-ci yeri tutub. Ölkəmizdə əmək və sosial müdafiə sisteminin elektron texnologiyalar üzərində qurulduğunu qeyd edən F.Əlizadə 2014-cü ilin iyul ayından Azərbaycanda Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sisteminin fəaliyyət göstərdiyini, sistemin mühüm üstünlüklərini diqqətə çatdırıb. 
 
Y.Gricius Azərbaycanda əmək bazarı iştirakçılarının qanuni mənafelərinin müdafiəsi, əmək müfəttişliyi sisteminin təkmilləşdirilməsi yönündə aparılan  işlərin onlarda maraq doğurduğunu, ikitərəfli əməkdaşlıq çərçivəsində bu sahədə təcrübə mübadilələrinin aparılmasına xüsusi önəm verdiklərini vurğulayıb. Sonra Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi barədə təqdimat olub. Görüş iki qurumun fəaliyyətlərinə  dair təqdimatlarla davam edib, təcrübə mübadilələri aparılıb. Səfər çərçivəsində nümayəndə heyəti Litva Dövlət Əmək Müfəttişliyinin iş şəraiti ilə də yaxından tanış olub.
 
Nümayəndə heyəti Litva parlamentinin əmək və sosial siyasət komitəsinin sədri Algirdas Sysas ilə də görüşüb. Azərbaycanda əmək və sosial müdafiə sisteminin təkmilləşdirilməsi üçün aparılan islahatlar, əmək hüquqları sistemi, işçilərin hüquqlarının müdafiəsi yönündə görülən işlər barədə A.Sysasa məlumat verilib, müvafiq sahələrdə əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb.  
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
PAŞA Bank sərfəli şərtlərlə ipoteka krediti təklif edir
21.11.2018
Azərbaycanda qızları olan ailələrlə bağlı yeni təkliflər
20.11.2018
DOST Agentliyinin konsepsiyasının təqdimatı olub
20.11.2018
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsi şəhid ailələrinə qayğının bariz nümunəsidir
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info