Göygöldə yaşamış sonuncu almanın ev -muzeyi yaradılacaq
Tarix: 17.11.2017 | Saat: 15:53:00 | E-mail | Çapa göndər


Göygöl şəhərinin sonuncu alman sakini Viktor Klaynın vaxtilə yaşadığı mənzil ev -muzeyi və mədəniyyət mərkəzi kimi fəaliyyət göstərəcək.
Bunu Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə İbrahimova AZƏRTAC-a müsahibəsində deyib.
Kəmalə İbrahimova bildirib ki, Göygöl rayonunda Prezident İlham Əliyevin “Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında” 30 avqust 2016-cı il tarixli Sərəncamından irəli gələn məsələlərin həlli istiqamətində bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
K.İbrahimova qeyd edib ki, Viktor Klayn Göygöldə yaşayan sonuncu alman olub. O,1935-ci ildə Helenendorfda anadan olub və 2007-ci ildə 72 yaşında vəfat edib. Ata-babalarından miras qalmış evi və məişət əşyalarını satın almaq istəyənlər olsa da, Viktor onların heç birini satmayıb. Hazırda həmin əşyalar mənzildədir və rayon rəhbərliyi tərəfindən qorunur.
Mənzilin restavrasiyasından və gələcək fəaliyyət istiqamətlərindən danışan Kəmalə İbrahimova deyib ki, Viktor Klaynın evi və içindəki hər bir əşya olduğu kimi qorunub saxlanılsa da, bu mənzillə eyni həyətdə olan və Klaynın babalarına məxsus digər iki mənzil sonradan satılıb. Muzeyin həm də daha geniş mədəniyyət mərkəzi kimi fəaliyyət göstərməsi məqsədilə həyətdəki digər evlər geri alınıb, sakinlər isə başqa mənzillərlə təmin olunublar.
K.İbrahimova deyib ki, təmir olunduqdan sonra mənzil rayonun turizm marşrutuna salınacaq və qeydiyyata alınmış bütün əşyalar muzeyin eksponatları kimi nümayiş etdiriləcək. Həmçinin muzey mədəni mərkəz kimi Azərbaycan-Almaniya dostluq əlaqələrinin daha da möhkəmləndirilməsinə və ölkədə hökm sürən multikultural mədəni mühitin inkişafına öz töhfəsini verəcək.
Qeyd edək ki, indiki Göygöl şəhərinin əsası 1819-cu ildə Almaniyanın Virtemberq knyazlığından bu əraziyə mühacirət etmiş koloniyaçılar tərəfindən qoyulub. Qısa vaxtda 118 ailə Helenendorf (indiki Göygöl) şəhərində 6 küçə salıb və bu küçələrdə həmin dövrün alman memarlığına xas olan 600-ə qədər ev tikib. Almanlar məskunlaşdıqları və qaynayıb qarışdıqları bu yerləri İkinci Dünya müharibəsi dövründə tərk etmək məcburiyyətində qalsalar da, onların özlərindən sonra qoyub getdikləri tarixi-mədəni irs, eləcə də Azərbaycanda şəhərsalma mədəniyyətinə vermiş olduqları dəyərli töhfələr Göygöl şəhərində bu günədək qorunub saxlanılıb.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Müşfiq Cəfərov: Aprel şəhidləri gənclər üçün əsl qəhrəmanlıq məktəbinə çevrilib
25.09.2018
“ADEX-2018” Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir
25.09.2018
Nəsimi rayonunda yeni park istifadəyə verilib
25.09.2018
Yaponiya Zaqatala və Qax rayonlarına təcili tibbi yardım maşınları verib
25.09.2018
“Loqos” psixoloji maarifləndirilmə sahəsində yeni bir fəaliyyətə imza atıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info