AMEA əməkdaşları üçün Abşeronda yaşayış kompleksi salınacaq
Tarix: 17.11.2017 | Saat: 16:25:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Azad Həmkarlar İttifaqının (AHİ) VII Qurultayı keçirilib. Qurultayda AMEA-nın prezidenti, akademik Akif Əlizadə, Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev və digər səlahiyyətli nümayəndələr iştirak ediblər.
AMEA AHİ-nin sədri vəzifəsini icra edən, professor Habil Qurbanov qurumun 5 illik fəaliyyətinə dair hesabatla çıxış edib. O bildirib ki, AHİ tərəfindən üzvlərin sosial - iqtisadi maraqlarının təmin edilməsi istiqamətində bir sıra işlər həyata keçirilib. H. Qurbanov qeyd edib ki, hazırda Abşeron rayonunun Saray qəsəbəsində AMEA əməkdaşları üçün yaşayış kompleksinin salınması məqsədilə Akademiyanın rəhbərliyi tərəfindən addımlar atılır. H. Qurbanov AMEA əməkdaşları üçün poliklinikanın yaradılması üçün A. Əlizadəyə müraciət olunduğunu vurğulayıb: “Hazırda bu istiqamətdə işlər gedir. Akif müəllimlə səhiyyə naziri arasında bu məsələ razılaşdırılıb”. Məruzə dinlənildikdən sonra açıq səsvermə yolu ilə 5 illik fəaliyyət qənaətbəxş hesab edilib.
Qurultayda Nəzarət-Təftiş Komissiyasının da hesabatı dinlənilib. Hesabat qurultay nümayəndələri tərəfindən qənaətbəxş hesab olunub.
Daha sonra AMEA AHİ-nin sədri vəzifəsinə seçki keçirilib. Səsvermə yolu ilə H. Qurbanov qurumun sədr seçilib. Qurultayda AMEA AHİ məclisinin və Nəzarət – təftiş komissiyasının yeni tərkibləri təsdiq edilib.
AMEA AHİ-nin Nizamnaməsinə də dəyişikliklər təsdiqlənib.
Qurultayda digər təşkilati məsələlər müzakirə olunub.

Nigar




 
Bölməyə aid digər xəbərlər
17.07.2019
Yay Olimpiya Festivalı zamanı xüsusi avtobuslar ayrılacaq
17.07.2019
Məktəblinin vəfatı ilə əlaqədar istintaq tədbirləri davam etdirilir
17.07.2019
Bakı Mədəniyyətlərarası Gənclər Forumu çərçivəsində plenar sessiyalar keçirilib
17.07.2019
“İrəli“ gəncləri Azərbaycan mədəniyyətini beynəlxalq layihədə təmsil ediblər
17.07.2019
Azərbaycan İlahiyat İnstitutu media nümayəndələrini mükafatlandırıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10830

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info