Sumqayıtda xeyriyyə aksiyası keçirilib
Tarix: 17.11.2017 | Saat: 17:12:00 | E-mail | Çapa göndər


SOCAR-ın “Azərikimya” İstehsalat Birliyi və Respublika “Qızıl Aypara” Cəmiyyəti şəhər təşkilatının birgə təşkil etdiyi “Mərhəmətli olmağa tələsin!” devizi altında ənənəvi xeyriyyə aksiyasına start verilib.
AZƏRTAC xəbər verir ki, birliyin akt zalında keçirilən aksiyanın açılış mərasimində “Azərikimya” İB-nin struktur bölmələrinin əməkdaşları ilə yanaşı, Sumqayıtda yerləşən idarə və müəssisələrin, təhsil və səhiyyə şöbələrinin, ictimai təşkilatların, bank və sığorta şirkətlərinin nümayəndələri də iştirak ediblər.
Tədbirdə çıxış edənlər 7 ildən bəri davam edən və artıq ənənə halını alan aksiyanın əsas qayəsinin ehtiyacı olan uşaqların isti qış geyimləri ilə təminatına yardımçı olmaq, onların uşaq dünyasına yeni rəng qatmaq olduğunu diqqətə çatdırıblar. Vurğulanıb ki, 15 gün davam edəcək aksiyada əldə olunan geyimlər və digər vəsaitlər “Qızıl Aypara” Cəmiyyətinin Sumqayıt şəhər təşkilatında toplanacaq, məqsədyönlü şəkildə və aksiyaya qoşulanların bilavasitə iştirakı ilə aztəminatlı ailələrin uşaqlarına təqdim olunacaq.
“Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev və Respublika “Qızıl Aypara” Cəmiyyətinin Sumqayıt şəhər təşkilatının sədri Mətanət Məhərrəmova çıxış edərək, aksiyaya dəstək verən idarə, müəssisə və təşkilat rəhbərlərinə, həmçinin fərdi sahibkarlara minnətdarlıqlarını bildiriblər.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Səyyar ASAN xidmət davam edir
24.09.2018
Leyla Əliyeva “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirə qatılıb
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info