ADNSU-da Milli Dirçəliş Gününə həsr olunmuş tədbir keçirilib
Tarix: 17.11.2017 | Saat: 17:26:00 | E-mail | Çapa göndər


Noyabrın 17-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Milli Dirçəliş Gününə həsr olunmuş tədbir keçirilib. Bu haqda universitetdən redaksiyamıza məlumat verilib.
ADNSU-nun tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədov tədbiri açaraq xalqın tarixi yaddaşının özünə qayıtması, milli dirçəlişə nail olunmasının böyük bir tarixi prosesin nəticəsi olduğunu bildirib.
İctimai Fənlər kafedrasının müdiri, professor Camal Mustafayev bildirib ki, 1988-ci il noyabrın 17-dən başlanan meydan hərəkatı müstəqil Azərbaycanın təməlini qoyub və xalqın azadlıq ruhunu oyadıb. O gəncləri tariximizin şanlı səhifələrini yaxşı öyrənməyə və üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqli şəkildə gəlməyə çağırıb.
ADNSU-nun Yap ilk təşkilatının sədri, dosent Tamilla Naibova 17 noyabr tarixinin Azərbaycan üçün əhəmiyyətindən danışıb və müstəqilliyimizin qazanılmasında və möhkəmlənməsində ümummilli lider Heydər Əliyevin xüsusi rolunu vurğulayıb. Tamilla Naibova ulu öndərin hakimiyyəti dövründə respublikamızın ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi həyatında böyük nailiyyətlər qazandığını və onun uğurlu siyasətinin bu gün dövlət başçısı İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini bildirib.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
2019-cu il üçün əlillərlə bağlı proqram təsdiq edilib
23.01.2019
Naxçıvanda ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı təsdiqlənib
23.01.2019
AtaBank-ın əmək haqqı kart sahiblərinə şad xəbər
22.01.2019
149 667 manat gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin edilib
21.01.2019
“Güzəştli mənzil” sistemindəki yeniliklər mayın 1-dən tətbiq ediləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Dərslər təxirə salındı
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info