“Lyapis Lazuli” marşrutu ticarət, tranzit və investisiyaların yüksəlişinə imkan yaradacaq”
Tarix: 17.11.2017 | Saat: 17:27:00 | E-mail | Çapa göndər


“Lyapis Lazuli” marşrutu Əfqanıstanı təkcə Avropa və digər dost dövlətlərlə əlaqələndirməyəcək, həm də ölkələrimizi bir-birinə yaxınlaşdıracaq, ticarət, tranzit və investisiyaların gələcək yüksəlişi üçün imkan yaradacaq.
AZƏRTAC Türkmənistan Dövlət İnformasiya Agentliyinə istinadla xəbər verir ki, bu fikri Əfqanıstanın xarici işlər naziri Salahuddin Rabbani Aşqabadda keçirilmiş Əfqanıstana dair VII Regional İqtisadi Əməkdaşlıq Konfransında (RECCA VII) söyləyib.
Xatırladaq ki, konfrans çərçivəsində Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə arasında tranzit və nəqliyyat haqqında Saziş (“Lyapis Lazuli” marşrutu üzrə Saziş) imzalanıb. Azərbaycan tərəfindən həmin sənədi “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti sədrinin birinci müavini Əlirza Süleymanov imzalayıb.
Bu sənədin reallaşdırılması regionun iqtisadi inteqrasiyasını yüksəltməyə və ticarət həcmini xeyli dərəcədə genişləndirməyə yönəlib. “Lyapis Lazuli” beynəlxalq nəqliyyat dəhlizi Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə marşrutu üzrə yükdaşımaların həcmini artırmaq üçün yeni imkanlar yaradır. Eyni zamanda, bu nəqliyyat dəhlizi geniş geoiqtisadi məkanda, o cümlədən Mərkəzi və Cənubi Asiyada, Xəzər, Qara dəniz, Aralıq dənizi hövzələrində əməkdaşlığın möhkəmlənməsinə kömək edəcək.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
27.06.2019
Bu şəxslərə verilən pul təminatı artırılır - Parlament təsdiq etdi
27.06.2019
Yeni yaradılan kommersiya məhkəmələrinin səlahiyyətləri təsdiq olundu
27.06.2019
Köçkün qəsəbələrində yaşayanlar gender mövzusunda maarifləndiriliblər
27.06.2019
“Diplomatiya Akademiyası” layihəsi çərçivəsində ikinci görüş keçirilib
27.06.2019
Azərbaycanda Həcc ziyarəti üçün müraciətlərin sayı 1100-ü ötüb

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10817

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Heydər Əliyev və bələdiyyələr
3 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”
4 Əli Nağıyev DTX rəisi təyin edildi
5 Vilayət Eyvazov daxili işlər naziri təyin edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info