Ağdaşda aztəminatlı ailələr üçün meyvə bağları salınıb
Tarix: 17.11.2017 | Saat: 18:12:00 | E-mail | Çapa göndər


IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin birgə təşəbbüsü ilə noyabrın 17-də Ağdaş rayonunda aztəminatlı ailələr üçün meyvə bağları salınıb.
AZƏRTAC xəbər verir ki, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun kənarında təşkil edilən ağacəkmə aksiyası zamanı Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov çıxış edərək, ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə ekoloji problemlərin həllinin daim diqqətdə saxlanıldığını, təbiətin mühafizəsi, təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması naminə səmərəli istifadə olunduğunu qeyd edib. Bildirib ki, Prezident İlham Əliyevin imzaladığı fərmanlarda, təsdiq etdiyi Dövlət proqramlarında ekoloji problemlərin həlli üçün zəruri olan bütün vəzifələr elmi əsaslarla müəyyənləşdirilib.
Tədbirdə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın və IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyevanın bu istiqamətdə xidmətlərindən də danışılıb. Qeyd edilib ki, Leyla xanım Əliyevanın təşəbbüsü ilə IDEA İctimai Birliyi tərəfindən ölkəmizdə ekologiyanın qorunması ilə bağlı müxtəlif istiqamətlərdə tədbirlər keçirilib, indiyədək 5 milyondan çox ağac əkilib. IDEA-nın yaşıllaşdırma layihələrinin məqsədi ekoloji tarazlığı bərpa etmək, yaşıllıq zolaqlarının artırılmasına töhfə vermək, insanların diqqətini yaşıllıqların qorunmasına yönəltmək, eləcə də ətraf mühitin mühafizəsi işində ictimai nəzarəti gücləndirməkdir.
Sonra ağacəkmə aksiyasına start verilib. Ağdaş Dövlət Humanitar Kollecinin tələbələri və orta məktəblərin yuxarı sinif şagirdləri tərəfindən 2,1 hektar ərazidə 1000 ədəd nar ağacı əkilib. Salınan meyvə bağları Ağdaş rayonunda yaşayan aztəminatlı ailələr, o cümlədən Qarabağ müharibəsi əlilləri və şəhid ailələri arasında bölünərək, onların təmənnasız istifadəsinə verilib. Aztəminatlı ailələr bu meyvə bağlarına qulluq göstərərək məhsul götürməklə gəlir əldə etmək və maddi rifahlarını yaxşılaşdırmaq imkanı qazanıblar.
Ağaclar əkildikdən sonra yeni meyvə bağının salındığı torpaq sahələrinin sənədləri sahiblərinə təqdim edilib. Qarabağ müharibəsində şəhid olan Rahis Qəribov və Ömər Cəbrayılovun ailə üzvləri, ikinci qrup əlil Məhərrəm Əzimov bu xeyriyyə aksiyası zamanı hər biri üçün 400 ədəd nar ağacının əkildiyi 0,70 hektar bağ sahəsinin verilməsinə görə çox sevindiklərini bildirib, onların dolanışıq şəraitinin yaxşılaşmasına kömək məqsədilə həyata keçirilən bu təşəbbüsə görə Leyla xanım Əliyevaya minnətdarlıq ediblər.
Sonra yerli musiqiçilərin ifasında şən mahnılar səsləndirilib, ağacəkmə aksiyasında iştirak edən gənclər rəqs ediblər. Aksiya iştirakçıları üçün şirniyyat süfrəsi açılıb.
IDEA İctimai Birliyinin nümayəndəsi Nigar Qarayeva AZƏRTAC-a bildirib ki, aztəminatlı ailələr üçün meyvə bağlarının salınması noyabr ayı ərzində Lənkəran, Sabirabad, Beyləqan rayonlarında, gələcəkdə isə ölkənin digər rayonlarında təşkil ediləcək. Layihənin ilkin mərhələsində fındıq, nar, ərik, feyxoa, xurma növlərindən olmaqla, ümumilikdə, 9 minə yaxın meyvə ağacının əkilməsi nəzərdə tutulub. Sözügedən layihə çərçivəsində artıq 6 mindən çox meyvə ağacı əkilib.
“Layihənin sosial-iqtisadi əhəmiyyəti ondan ibarətdir ki, bu cür bağların salınması əhalinin rifahının yaxşılaşdırılması ilə yanaşı, ölkəmizin kənd təsərrüfatı mallarının idxalından asılılığının azaldılmasına da töhfə verəcək”, - deyə Nigar Qarayeva vurğulayıb.
Qeyd edək ki, meyvə ağaclarının əkilməsi üzrə pilot layihəyə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyevanın təşəbbüsü ilə 2017-ci ilin aprel ayında başlanılıb. Layihə çərçivəsində ilk meyvə bağı İsmayıllı, daha sonra isə Şəmkir, Ağstafa və Tovuz rayonlarında salınaraq, aztəminatlı ailələr, o cümlədən Qarabağ müharibəsi veteranı və şəhid ailələrinin təmənnasız istifadəsinə verilib.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info