“ABŞ-da jurnalistlərin telefonlarının dinlənilməsi Konstitusiya hüquqlarına ziddir”
Tarix: 15.05.2013 | Saat: 17:05:00 | E-mail | Çapa göndər


ATƏT nümayəndəsi ABŞ hökumətini “Assoşieytid Press”in jurnalistlərinin telefonlarının gizli dinlənilməsi faktını araşdırmağa çağırıb
ATƏT-in media və söz azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç ABŞ hökumətini Ədliyyə Nazirliyinin “Assoşieytid Press” agentliyinin jurnalistlərinin telefonlarını gizli dinləməsinin səbəblərini şəffaf şəkildə araşdırmağa çağırıb. Bu çağırış Dunya Miyatoviçin dövlət katibi Con Kerriyə məktubunda öz əksini tapıb. Dunya Miyatoviç faktdan narahatlığını ifadə edib: “Jurnalistlərin Konstitusiya hüquqlarının belə geniş şəkildə pozulmasına heç bir vəchlə haqq qazandırmaq olmaz. Təhlükəsizlik maraqlarından çıxış edərək jurnalistlərin fəaliyyətinə məhdud müdaxilə hallarına yol verilir, bu zaman müdaxilə məhkəmə tərəfindən sanksiyalaşdırılmalıdır. Lakin belə hərəkətlərin geniş miqyas və xarakter daşıması Konstitusiya hüquqları ilə ziddiyyət təşkil edir”. Qeyd edək ki, “Assoşieytid Press” agentliyinin jurnalistlərinin iş, ev və mobil telefonları iki ay ərzində ABŞ Ədliyyə Nazirliyi tərəfindən dinlənilib. Nazirlik bu faktı etiraf etsə də, dinləmənin səbəblərini açıqlamayıb.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Yaponiya hökuməti dövlət qulluqçularının çoxunun evlərində işləməsinə çalışır
25.09.2018
Roma Papası Latviyada səfərdədir
25.09.2018
Mərkəzi Asiyada ilk beynəlxalq turizm universiteti Astanada açılacaq
25.09.2018
PKK başçısının yaxın silahdaşı həbs olunub
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info